qənbərli

qənbərli
qənbərqulu
qənbərlik
OBASTAN VİKİ
Qənbərli
Qənbərli — soyad. Qənbər Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Taleh Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elton Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mehdi Qənbərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əli Qənbərli — Azərbaycanın maarif xadimi. Digər Qənbərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Elton Qənbərli
Mehdi Qənbərli
Qənbər Qənbərli
Qənbərli (Germi)
Qənbərli (fars. قنبرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (42 ailə).
Rəşad Qənbərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Taleh Qənbərli
Vüsal Qənbərli
Vüsal İlkin oğlu Qənbərli (d. 30 mart 1995; Günəşli, Biləsuvar – ö. 20 dekabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb. Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Əli Qənbərli
Əli Qənbərli (tam adı: Qənbəri Əli Həsənəli oğlu; 5 fevral 1907, Ordubad, Naxçıvan qəzası – 26 avqust 1987, Ordubad) — Azərbaycanın maarif xadimi, əməkdar müəllim. Qənbəri Əli Həsənəli oğlu 5 fevral 1907-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 26 avqust 1987-ci ildə Ordubad şəhərində vəfat edib. 1928-ci ildə Naxçıvan Müəllimlər Seminariyasını bitirib. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) bilologiya fakültəsində təhsil alıb. Ömrünün yarım əsrdən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Ordubad məktəblərində müəllim, direktor, Ordubad pedaqoji məktəbinin dərs hissə müdiri və direktoru (1939–1943), rayon xalq maarif şöbəsinin müdiri (1936–37; 1954–57) vəzifələrində işləmişdir. SSRİ — 1943-cü ildən Azərbaycan SSRİ əməkdar müəllimi SSRİ — "Şərəf nişanı" ordeni SSRİ— Respublika əhəmiyyətli fərdi pensiyaçı olub Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Vüsal Qənbərli (şəhid)
Vüsal İlkin oğlu Qənbərli (d. 30 mart 1995; Günəşli, Biləsuvar – ö. 20 dekabr 2020; Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayon Günəşli kəndində anadan olmuşdur. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına orta məktəbdə təhsilini başa vurmuşdur. 29 mart 2014-cü il tarixindən 1 oktyabr 2015-ci il tarixinədək Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Şəhid ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayıb. Vüsal Qənbərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinin əvvəlində ilk qoşulan könüllülərdəndir. O, Qubadlı və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Vüsal Qənbərli 20 dekabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayon Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Şəhid Qənbərli Mehdi (baş əsgər)
Qışlaq-i Qənbərli-i Ülya (Pərsabad)
Qışlaq-i Qənbərli-i Ülya (fars. قشلاق قنبرلوي عليا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (20 ailə).
Qışlaq-i Qənbərlihacıməhəmmədhəsən (Pərsabad)
Qışlaq-i Qənbərlihacıməhəmmədhəsən (fars. قشلاق قنبرلوحاج محمدحسن‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (20 ailə).
Qışlaq-i Qənbərlirüstəmqənbərli-i Vusta (Pərsabad)
Qışlaq-i Qənbərlirüstəmqənbərli-i Vusta (fars. قشلاق قنبرلورستم قنبرلوي وسطي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 422 nəfər yaşayır (59 ailə).