Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamqalı
Tamqalı ― Qazaxıstanın Yeddisu şəhərində yerləşən petroqliflər. Tamqalı 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi Almatıdan 170 km şimal-qərbdə yerləşir. Qazax və digər türk dillərində Tamqalı adı "boyalı və ya işarələnmiş yer" mənasını verir. == Tarixi == Tamqalı dərəsinin daş qalereyası ilk dəfə 19 sentyabr 1957-ci ildə Qazaxıstan SSR Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun Cənubi Qazaxıstan arxeoloji ekspedisiyasının Yeddisu dəstəsi tərəfindən, Qazaxıstanın ilk peşəkar arxeoloqu Anna Qeorqiyevna Maksimovaniçin rəhbərliyi ilə aşkarlanmışdır. Son yarım əsrdə burada onlarla elmi ekspedisiya keçirilmiş və alimlər qədim insanların həyatları ilə bağlı yeni dəlillər tapmışdırlar. Bu gün qoruq 3800 hektar ərazini əhatə edir. Burada yaşayış yerləri, mazarlar, daş oymalar, petroqliflər (5000-dən çox təsvir daxil olmaqla) və dini tikililərmövcuddur. Müxtəlif dövrlərə aid yüzə yaxın abidədən ibarət qoruq, misilsiz bir arxeoloji kompleksdir. == Təsvir == Tamqalıda 48 sahə arasında paylanmış təqribən 5 000 petroqlif var.
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Saqqalı-Şərif
Saqqal-ı Şərif - İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Topqapı Sarayı
Topqapı sarayı (türk. Topkapı Sarayı və ya osm. طوپقپو سرايى) — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi.Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən "İstanbulun tarixi ərazisi"nin tərkibində UNESCO Ümumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir.Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. Sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanmışdır. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray "Yeni Saray" adlandırılmışdır.
Topqapı muzeyi

Topqapı əlyazması
Topqapı əlyazması və ya Topqapı Quranı hicri təqvim ilə II əsrin əvvəllərinə (miladi VIII əsr) aid olan Quranın erkən əlyazmasıdır. Bu əlyazma İstanbulda, Topqapı Sarayı Muzeyində saxlanılır. Bu əlyazma ənənəvi olaraq Osman İbn Affana aid edilir. Bu əlyazmanın ölçüsü 41 — x 46 santimetrdir. Quranın tam mətninin 99%-dən çoxunu ehtiva edir. Cəmi iki səhifəsi (23 ayə) çatışmayan bu əlyazma Quranın tam mətninə ən yaxın olanıdır. Misir valisi Mehmed Əli Paşa bu əlyazmanı XIX əsrdə Osmanlı Sultanı II Mahmuda hədiyyə olaraq göndərmişdir.Əlyazmanın Paleoqrafik təhlili onun VIII əsrə aid yazılara uyğun gəldiyini göstərir.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. == Sahil tonqal otu == Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nizamülmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır.
Toğanalı
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. == Əhalisi == Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Toğanalı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sandro Tonali
Sandro Tonali (it. Sandro Tonali ; 8 may 2000, Lodi, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. Orta xətt oyunçusudur. İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. == Klub karyerası == === Breşiya === Sandro Tonali "Pyaçentsa" və "Breşiya" klublarının yetirməsidir. O, 26 avqust 2017-ci ildə "Breşiya"nın səfərdə "Avellino" klubu ilə oyununda peşəkar karyerasında debüt edir.28 aprel 2018-ci il tarixində "Salerintana" klubuna qarşı oyunda Sandro Tonali ilk qolunu vurur. 25 avqust 2019-cu ildə "Breşiya"nın heyətində "Kalyari" klubuna qarşı oyunda meydana çıxmaqla İtaliya A Seriyasında debüt edir. === Milan === 9 sentyabr 2020-ci il tarixində Tonali "Milan" klubunun oyunçusu kimi təqdim edilir. Müqaviləyə görə futbolçu ilk mövsümu 10 milyon avro qarşılığında icarə əsasında "Milan"da oynayacaq, sonra isə "Milan" klubu daha 10 milyon avro ödəyərək futbolçunun transfer hüququnu alacaq. Həmçinin "Breşiya" klubunun əlavə olaraq bonuslar şəklində 15 milyon avro və Tonalinin mümkun olacaq satışından 10 faiz qazanmaq hüququda transfer müqaviləsində öz əksini tapır.
Tonqli Panuve
Tonqli Panuve (d. 31 may 1997) — Tonqalı üzgüçü. Tonqli Panuve Tonqanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tonqli Panuve birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.21 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 101-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Valter zoğalı
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Zoğalı (rəqs)
Zoğalı — Azərbaycanın milli rəqsi. Zoğalı çox qədim rəqsdir. Şəkidə yaranıb, aram, həzin və lirik səslənir. Onu yalnız qadınlar, çox zaman gənc qadınlar ifa edirlər. "Zoğalı" mahnıli rəqsdir. Təəssüf ki, onun nə mətni, nə də ki, melodiyasını hazır da heç kimsə xatırlaya bilmir, yadda ancaq rəqsin adi qalıb.
Zoğalı rəqsi

Şor qoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. == Lazım olan məmulatlar == Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qrİç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. == Hazırlanma qaydası == Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Yoşihiro Toqaşi
Yoşihiro Toqaşi (冨樫 義博, Togashi Yoshihiro, (27 aprel 1966, Yamaqata)) — yapon manqaka. O, manqa illüstrə etməyə erkən yaşda — Şueişa tərəfindən istedadı ilə kollecdə oxuyarkən kəşf olunmamışdan öncə başlamışdır. Toqaşi ötən 30 il boyunca müxtəlif janrlarda bir sıra manqa seriyalarının müəllifi olmuşdur. O, əsasən, YuYu Hakuşo (1990–1994) və Hunter × Hunter (1998—h.h.) seriyaları ilə tanınır, hansı ki, ikisi də bütün zamanların ən çox satılan manqalarından olmuşdur. Toqaşi Seylor Munun yazıçısı — Naoko Takeuçi ilə evlənmişdir. == Həyatı == === Erkən illəri === Şinco, Yamaqatada kağız mağazası sahibi bir ailədə dünyaya gözlərini açan Toqaşi ibtidai məktəbin 1–2-ci siniflərində təhsil alarkən manqa çəkməyə başlamışdır. Tam təhsil dövründə məktəbinin təsviri sənət klubuna üzv olub; daha sonra isə Yamaqata Universitetində müəllim olmaq ümidi ilə təhsil alarkən qeydiyyatdan keçib. Kollecdə təhsil alarkən manqa işlərindən bəzilərini Şueişa tərəfindən nəşr olunan Weekly Shonen Jumpa göndərib. 1986-cı ildə 20 yaşında olarkən Buttobi Straight (ぶっとびストレート, Buttobi Sutorēto) adlı bir manqa cizmiş və bu işinə görə yeni sənətçilər üçün ən prestijli mükafat olan Tezuka mükafatını qazanmışdır. Toqaşinin Cura no Mizıki (ジュラのミヅキ, Jura no Mizuki) adlanan başqa bir manqasının isə Şueişanın 1998-da nəşr olunan birinci illik Hop Step Award Selection jurnalında honorable mention kimi adı çəkilmişdi.
Qovğalı kəndinin gecələri
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Toğanalı-Kəlbəcər avtomobil yolu
Toğanalı-Kəlbəcər avtomobil yolu və ya Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu — Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu. Avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək. == Tarixi == Kəlbəcər 44 günlük Qarabağ müharibəsi bitdikdən sonra 25 noyabr 2021-ci ildə Azərbaycana təhvil verilmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. == İnşaası == 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Magistral yolun üzərində yerləşən 11,6 kilometrlik Murovdağ tunelinin təməli İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. Həmin gün uzunluğu 72,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda tikintisi nəzərdə tutulan 3,4 kilometr uzunluğunda tunelin tikintisinə başlanılmışdır.Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir.
Qovğalı kəndinin gecələri (film, 2008)
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Çay voğzalı (Rostov-na-Donu)
Çay voğzalı — bina kompleksi və digər tikililərdən ibarət olan çay sərnişin voğzalı. Voğzal Rostov-na-Donu şəhəri Bereqovaya küçəsində yerləşir. Voğzal kompleksi sərnişin terminalı və on bir mərtəbəli mehmanxanadan ibarətdir. Sərnişan terminalında gözləmə zalı, kassa, tibb məntəqəsi, mağaza, kafe, ofis və supermarket fəaliyyət göstərir. Don çayının voğzalda eni 160–250 meyr təşkil edir. Burada həm də Rostov dəniz ticarıt limanı yerləşir. == Tarixi == Rostovda dəniz limanı 1750-ci ildə açılmışdır. Don çayının Azov dənizinə tökülməsi bölgənin Rusiyanın cənubunda əlverşli beynəlxaq ticarət mərkəzininyaranmasına səbəb olmuşdur. XX əsrin əvvələrində Rostov Azov-Qara dəniz suları sahilində iri ticarət limanına çevrilmişdi. Buranın inkişafəna səbəb həm də bir necə nəqliyyat növlərinin eyni bölgədə kəşisməsi idi.