Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi.Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur.Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Borçalı
== Yaşayış məntəqələri == Borçalı qəzası — Borçalı mahalı — Borçalı sultanlığı — Dağlıq Borçalı — Aran Borçalı — Borçalı distansiyası — Borçalı kəndləri — Borçalı (Üskü) Borçalı (Nir) == Digər == Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalı elləri.
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.
Xorablı
Xorablı (fars. خورابلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Zorbalıq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — hər hansı bir şəxsə və ya qrupu qarşı güc tətbiq etmə, təhdid və ya sui-istifadəyə məcbur etmə, hədələmə və ya təcavüzkarlıqla idarə etmə. Davranış tez-tez təkrarlanır və adi olur. Zorbalıq, zorba və ya başqaları tərəfindən, münaqişəyə qarşı zorakılığı fərq edən bir sosial və ya fiziki güc balansındakı qavrayışdır. Hökmran davranışlara şifahi təcavüz və ya təhdid, fiziki hücum və ya zorlama daxil ola bilər və bu cür hərəkətlər təkrarlanaraq xüsusi hədəflərə yönəldilə bilər.Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber.Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.İndividual zorbalıq 4 növə sinifləndirilə bilər.
Şorbaçı
Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Abdallı (Borçalı)
Abdallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir. == Tarixi == 1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər. == Əhalisi == Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.
Adel Torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Adeli torpağı
Adeli torpağı (fr. Terre Adélie) — Fransanın idarə etdiyi Antarktika sektoru. Ərazinin sərhədləri Antarktidanın sahili boyunca keçir və bu koordinatlarda yerləşir: 66°12′ c.g. 136°11′ ş.u. и 66°48′ c.g., bu nöqtələrdən sərhəd Cənub qütbünə qədər 2600 kilometrliy uzunluğunda qitənin içərinə gedir. Sahil xəttinin ümumi uzunluğu təxminən 350 km təşkil edir. Adeli torpağı 432 min kilometrdən çox sahə tutur, və o, demək olar ki, tamamilə buzla örtülürüb. Buranın sahilləri 1837-ci ildə franssız dənizçi Jul Dyumon Dyurvill tərəfindən tapılmışdır və arvadının şərəfinə Adeli adını qoymuşdur. 12 yanvar 1956-cı ildən ərazidə Fransanın Dyuomon d'Yurvil adlı daimi illik elmi-tədqiqat qütb stansiyası fəaliyyət göstərir. Stansiya antarktik sahilində bu koordinatlarda yerləşir: 66°40′ c.g.
Aleksandra Torpağı
Aleksandra Torpağı — Frans-İosif Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Frans-İosif Torpağı qoruğuna daxil edilmişdir. Şimal-şərqində Qütb Təyyarəçiləri yarımadası yerləşir. Ən hündür nöqtəsi 382 metrdir. == Tarixi == Ada ilk dəfə Bencamin Li Smit tərəfindən kəşf edilmişdir. Hidroloji stansiya, aerodrom, 31-ci bölük Yan İosifoviç Naqurskiyin şərəfinə adlandırılmışdır. Böyük Vətən müharibəsi dönəmində burada almanlara məxsus meteostansiya fəaliyyət göstərmişdir. Üstəlik sualtı qayıqların yanacaqla təminat bazası var idi. Bu obyeklər 1944-cü ilin iyuluna qədər fəaliyyət göstərmişdir.
Andre Torpağı
Andre Torpağı (norv. Bünsow Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Veydefiord və Vudfiord arasında yerləşir. Şimalı hündürlüyü 700 m olan yayladan, cənubu isə maksimal hündürlüyü 1367 m olan düz təpələrdən ibarətdir. İsveçli qütb araşdırmaçısı Solomon Avqust Andrenin şərəfinə adlandırılmışdır. Ərazisinin böyük hissəsi buzla örtülüdür.
Aran Borçalı
Aran Borçalı — qədim Borçalı mahalı vilayətinin alçaq dağlıq və aran zonası. Borçalının əsasən Gürcüstan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarixi == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır. 1929-cu ildə Borçalıda qəza üsul-idarəsi ləğv edildikdən sonra Aran Borçalı 6 rayona (Sarvan (hazırkı Marneuli), Çörük Qəmərli (hazırkı Bolnisi), Başkeçid (hazırkı Dmanisi), Qaratəpə (hazırkı Qardabani), Ağbulaq (hazırkı Tetritskaro) və Barmaqsız (hazırkı Tsalka və ya baqa adı ilə Salka ) rayonları) parçalanmışdır. Gürcüstan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra 90-cı illərdə bu rayonlar mərkəz şəhəri Rustavi olmaqla Kvemo Kartli adlı yeni inzibati-ərazi vahidi – mxare (quberniya) çərçivəsində birləşdirildi. == Coğrafiyası == Gürcüstanın cənub-şərqində yerləşən Aran Borçalı Qaraxaç və Cocer silsilələri, eləcə də Gürcüstanın Ermənistan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır. Paytaxt Tiflisdən cənubdadır. Borçalının bölüşdürülməsindən sonra sahəsi 4360 kv. km. təşkil etmişdir.
Ay torpağı
Ay torpağı — Ayın səthində olan reqolitin incə hissəsi. Xüsusiyyətləri yerinin səthindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Ay torpağının fiziki xüsusiyyətləri, ilk növbədə, davamlı meteorik təsirlər və illər ərzində Günəş və ulduzlararası yüklü atom hissəcikləri tərəfindən bombardman edildiyi bazalt və anortozit süxurların mexaniki parçalanmasının nəticəsidir. Proses, hissəciklərin zaman keçdikcə daha da incə ölçüyə endirildiyi böyük dərəcədə mexaniki aşınmanın yaratdığı bir hava şəraitindən biridir. Bu vəziyyət, molekulyar oksigenin (O2), rütubətin, atmosfer küləyinin və güclü bioloji proseslərə kömək edən bir sıra vasitələrin vasitəçiliyi ilə yerinin səthində torpaq meydana gəlməsi ilə əsaslı şəkildə ziddiyyət təşkil edir. Ay torpağı əsasən 1 sm və ya daha az diametrli hissəciklərdən ibarətdir. Ay tozları, Ay torpağından daha incədir. Hansı ölçü fraksiyasının "toz" təşkil etdiyinə dair dəqiq məlumat yoxdur; bəzi hissəciklərin diametri 50 μm, bəziləri isə 10 μm-dən daha azdır. [mənbə göstərin] == Formalaşma prosesləri == Ətraflı bax: SelenologiyaAy torpağının formalaşmasını təşkil edən proseslər aşağıdakı kimidir: [mənbə göstərin] Bölünmə: meteorit və mikrometeoritlərin toqquşması nəticəsində yaranan süxur və mineralların mexaniki olaraq daha kiçik hissəciklərə bölünməsi;Aqqlutinasiya: mineral və qaya parçalarının mikrometeorit təsiriylə şüşəyə çevrilməsi; İonların və yüksək enerjili hissəciklərin təsirinin səbəb olduğu Günəş küləyi səpələnməsi və kosmik şüa yayılması.Bu proseslər zaman keçdikcə Ay torpağının fiziki və optik xüsusiyyətlərini dəyişməyə davam edər və buna kosmosun aşınması deyilir. Əlavə olaraq burada yerləşən vulkanik lavalar yuxarı doğru yüksələrkən səthə geri düşməzdən əvvəl kiçik şüşə qırıntılarına çevrilərək soyuyur.
Azərbaycan şorbası
== Tərkibi == Bu ərzaqlar 2 nəfər üçün nəzərdə tutulub. Qoyun əti – 250 q. Quyruq yağı – 40 q. Düyü – 50 q. Baş soğan –40 q. Alça qurusu – 20 q (təqribən 8 ədəd) . Keşniş və ya şüyüd – 120 q (təqribən 1 dəstə) . Duz – zövqə görə. İstiot – zövqə görə. == Hazırlanma qaydası == Əvvəlcə 3-4 tikə ət bişirilməlidir.
Azəri Torpağı
Azəri Torpağı — 1999-ci il Eyyub Yaqubovun Duet Amburan albomundan olan mahnı.
Ağbulaq (Borçalı)
Tetritskaro, Ağbulaq — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Ağbulaq bələdiyyəsinin inzibati mərkəzi. 1940-cı ilə qədər Ağbulaq (gür.: g.ə. აღბულაღი, l.ə. ağbulaği).
Ağcaqala (Borçalı)
Ağcaqala — keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, indiki Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşir. Borçalı sultanlığının mərkəzi. Ağcaqala Tona çayının (gürcücə adı Debeda) sağ sahilində yerləşən qala idi, hazırda xarabalıqdır. 18-ci əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində 15-18-ci əsrlərə aid hadisələrdə çəkilir. Vaxuştinin yazdığına görə Sultan Yaqub tərəfindən tikilmişdir. Səfəvi şahı I Şah Abbas onu gürcü hökmdarı Georgidən almış və borçalıları yerləşdirmişdir. Həmin müəllifə görə keçmişdə Berduc adlanmışdır. Gürcü mənbələrindəki Berduci çay adı da bu qalanın adı ilə bağlıdır.
Ağqula (Borçalı)
Ağqula (gür.: g.ə. ახყულა, l.ə. axğula) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Ağqüllə" adlandırırlar. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 150 nəfər (68 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayır.
Baffin Torpağı
Baffin torpağı (ing. Baffin Island, inuktitut ᕿᑭᖅᑖᓗᒃ, Qikiqtaaluk) — Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür.
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. == Tarixi == Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. == Hazırlanması == Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir.Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Borçalı sultanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Borçalı xalçaları
Borçalı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu Azərbaycan xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir. == Tarixi == Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Borçalı xalçası
Borçalı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu Azərbaycan xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Gürcüstanın Borçalı regionunun adı ilə bağlıdır. Regionun Qurdlar, Axurlu, Qaçağan, Sadaxlı, Daştəpə və Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. Yuxarıda adı çəkilən kəndlərin, həmçinin Borçalının digər kəndlərinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir. == Tarixi == Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, indiki Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qarayazı və Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab, Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Borçalının Qarayazı, Qaraçöp, Ləmbəli və sair yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.
Tortoli
Tortoli (it. Tortolì) — Sardiniyada şəhər.
Toradi
Toradi — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Adın mənşəyi == Torə (tora) talış dilində "su mənbəyi", "kanal" və di "kənd" deməkdir.