Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bandiaqara uçurumu
Bandiaqara — Malidə, doqon xalqının yaşadığı ərazidə uçurum. Qum daşı qayası aşağıdakı qumlu mənzillərdən təxminən 500 metr yuxarı qalxır. Uçurum təxminən 150 kilometr uzunluğa malikdir. Bandiaqara ərazisi bu gün Doqon xalqı tərəfindən məskunlaşmışdır. Doqonlardan əvvəl, ərazidə Tellem və Toloy xalqları yaşayırdı. Ərazidəki bir çox tikili tellemlərə aiddir. Bandiaqara uçurumu 1989-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bandiaqara qayaları cənubdan şimal-şərqə doğru 200 km-dən çox məsafədə, Qrandamiya massivinə qədər uzanan bir qumdaşı zənciridir. Massivin sonu Malinin ən yüksək zirvəsi olan, 1,155 metr (3,789 ft) hündürlüyündəki Hombori Tondo dağı ilə biitir. Arxeoloji, etnoloji və geoloji xüsusiyyətlərinə görə bütün ərazi Qərbi Afrikada ən təsirli yerlərdən biridir.
Çürünrü-vələmir nematodu
Çürünrü-vələmir nematodu (lat. Aphelenchus avenae) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Çürünrü-vələmir nematodu ikicinslidir. Erkək nematod uzunsov qurdşəkillidir. Uzunluğu 0,63-0,82 mm-dir. Konusşəkilli quyruqda enli bursa vardır, dişi nnematodların uzunluğu 0,55-0,86 mm-dir. Baş bədəninin ümumi konturundan ayrılmışdır. Orta bulbus iridir. Yumurtalıq düzdür. Quyruq dəyirmidir.