BASMA
(Gəncə, Göyçay, Kürdəmir)
qamışdan hörülən həyət qapısı
II
(Ağdam)
yalan, gop. – Bejə yerə boğazını yırtma, hamı bilir ki, sözləriyin hamısı basmadı
III
(Çənbərək, Hamamlı, Xanlar, Kürdəmir)
kərmə (mal peyinindən hazırlanan yanacaq). – Basmanın üsdünü süpür, gələx’ kəsəx’, Ay Səlvi (Çənbərək); – Ay uşax, basmanı su töküf əyaxlıyın tovuxlar eşməsin (Xanlar); – Basmanı quruduf qutarannan sonra dorğoyuf qalax qayrerıx (Hamamlı)
IV
(Kürdəmir, Mingəçevir)
birbirinin içinə keçməklə bağlanan düymə
V
(Kürdəmir, Şamaxı)
kömür yandırmaq üçün yığılmış odun qalağı
◊ Basma qoymağ (Kürdəmir, Şamaxı) – kömür hazırlamaq. – Ollar meşiyə basma qoymağa getdilər (Şamaxı)
VI
(Kürdəmir, Şəmkir)
çay və ya arxdan keçmək üçün şax – budaq və s. düzəldilən keçid körpü. – Büyün sabaxdan əlləşdix’, Şəmkirdən bir basma basa bilmədix’ (Şəmkir); – Basmadan o taya adda (Kürdəmir)
VII
(Kürdəmir)
1. suvat (çaydan su götürmək üçün düzəldilən yer). – Basmanın üssündə durub su götürüllər
2. çaydan su götürülən yerdə əl tutmaq üçün basdırılan uzun ağac. – Su gəlib suatdan basmanı aparıb
VIII
(Mingəçevir)
yolayırıcı
IX
(Mingəçevir)
ov yeri, ovlaq
X
(Gəncə)
buxarı və ya peç bacasının qapağı. – Bizim buxarının basması yoxdu
XI
(Göyçay)
otun arabadan aşmaması üçün onun üstünə qoyulub bağlanan uzun ağac
XII
(Qazax)
bir yaba ağzı qədər, bir dəstə <kol>. – Bir basma tikan ver, çəpərin bu uçuğunu qayrax