MODÉL

[ fr. ]
1. Bir şeyin nümunə nüsxəsi, habelə bir şeyi hazırlamaq üçün nümunə. Geyim modelləri sərgisi.
2. Bir şeyin kiçildilmiş surəti, sxemi, nümunəsi; maket. Gəminin modeli. Qurğunun modeli.
– Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər. M.Rzaquluzadə.

3. Konstruksiyanın tipi, markası, nümunəsi. Avtomobilin yeni modeli.
MODAPƏRƏSTLİK
MODELÇİ

Digər lüğətlərdə