SAPDIRMAQ

f.
1. Doğru yoldan çıxarmaq, pis yola salmaq, azdırmaq.
[Tahir Muxtara:] Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Çəmənzəminli.
Bu yanlış mühakimə onu yolundan azdırmış, qaranlıq, uçurumlu yollara sapdırmışdı. A.Şaiq.

2. Əsas məqsəddən uzaqlaşdırmaq, fikrini çaşdırmaq, yayındırmaq.
[Əbülhəsən bəy:] …Qızı düşüncəsindən sapdırmaq üçün – sənin düşündüklərindən çox uzaqdayam, – deyə, vannaya keçdi. M.S.Ordubadi.
[Cavanşir:] Mənim fikrimi sapdırma, qoca. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAPDIRMAQ çəkmək — uzaqlaşdırmaq — yayındırmaq — azdırmaq
  • SAPDIRMAQ aparmaq — ötürmək
  • SAPDIRMAQ SAPDIRMAQ [Oqtay:] Mən də onu sapdırıram (C.Cabbarlı); AZDIRMAQ Qoyun gətirən adam: A başına dönüm, məni niyə azdırırsan? (Anar); YAYINDIRMAQ Yanında
SAPDIRMA
SAPFİR

Digər lüğətlərdə