Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yayma (qida)
== Ərzaqlar == Düyü – 67q, Süd – 100q, Ərinmiş yağ – 15q, Şəkər – 15q, Zəfəran – 0,1q, Duz. == Hazırlanma qaydası == Əvvəlcə süd eyni miqdarda su ilə qarışdırılır. Sonra südə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verildikdə üzərinə yağ əlavə edilir.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.
Qayma
Qayma- (rus. глыба, ing. block, massiph) 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır. == Tarixi == 1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur. Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi. Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.
Yarma
Yarma – dənli, qarabaşaq və paхlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, хırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaхşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çoх хəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müхtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müхtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müхtəlif yarma növləri biri digərindən хarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toхumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, bioкimyəvi хassələrinə, tərkibində olan zülalların, karbohidratların (хüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. == İstinadlar == Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.
Yatma
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yaya
ToponimlərYoussouf (ada) — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Youssouf (çay) — Youssouf (kənd) — Youssouf (şəhər) —ŞəxslərYaya Ture — "Mançester Siti" və Kot-d’İvuar milli futbol komandasının yarımmüdafiəçisi.
Layma Vaykule
Layma Vaykule(latış. Laima Vaikule‎; 31 mart 1954, Cesis[d], Latviya SSR, SSRİ) — estrada müğənnisi. == Həyatı == Latviyalı ulduz Layma Vaykule sovet dönəmində estrada müğənnisi kimi ilk addımlarını Azərbaycanda atıb. Tanınmış müğənni bir müddət "Azkonsert"in üzvü olub.
Mariya Yayna
Mariya Yayna (d. 25 yanvar 1982) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya Yayna, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Sayma gölü
Sayma gölü (fin Saimaa, isv. Saimen) — Finlandiyanın ən böyük gölü. Avropanın isə şirinsulu gölləri arasında dördündü göldür. Ölkənin cənub-şərqində yerləşir. Göl bir-biri ilə əlaqədə olan 8 iri və çoxlu sayla sayda su tutarının birləşməsi nəticəsində əmələ gəlmişdir. Gölün sahəsi 4400 km² təşkil edir. Sahil xətdinin uzunluğu 15 min km-dir. Göl daxilində 13710 ada vardır. Bu adaların ümumi sahəsi 1850 km²-dir. Göldən başlanğıcını götürən yeganə çay Vuoksadır.
Sayma nerpası
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir. == Yayılması və sayı == Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
Yanma kamerası
Yanma kamerası - mühərrikin və ya sobanın hisslərinin vəhdətindən yaradılan, yanacaq qarışığının və ya bərk yanacağın alovlanması baş verən boşluqdur. Yanma kamerasının konstruksiyası mexanizm və sobanın ümumilikdə işləmə şəraiti ilə müəyyən olunur. Onun hazırlanmasında istiliyə davamlı materiallardan istifadə olunur. == Tipik quruluşu == Qızmış qaz mühərrikə daxil olan yanacaq qarışığından daha çox həcmə malikdir. Bu xassə əsasnda kamerada əmələ gələn yanmış qaz daha çox təzyiq yaradır. Bu təzyiq porşeni hərəkət gətirir və ya turbini fırladır. Həmçinin ucluqdan çıxan qaz əlavə itləyici qüvvə yaradır. Yanma kameralarının işləmə prinsipi tətbiq sahəsindən asılıdır. Məsələn onlar daxili yanma mühərriklərində tsiklik işləslər də, qazturbin mühərriklərində bu baş vermir. Onlar adətən bir böyük giriş, yanmış qazı ixrac etmk üçün çıxış deşiyinə malik olur.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
Yarma plov
== Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. == Hazırlanma qaydası == Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Yayla (Krım)
Yayla (ümumtürk. «yay» — «yay»; türk. yaylak — yüksək dağlıqlda yerləşən yaylaq) — Krım dağlarının meşə örtüyündən məhrum olan yayla hissəsi. Əsasən yay otlaq sahəsi kimi istifadə olunur. Ərazinin yetərincə horizontal vəziyyətdə olması diqqəti cəlb edir. Münbit torpaq örtüyünə və yay aylarında yüksək rütubətə malik olmasına görə otlaq sahəsi kimi geniş istifadə olunur. Digər dağ silsilələrindən fərqli olaraq Yayla şiş uclu deyil Dağ zirvəsi boyu asanlıqla cığırlar və hətta yol belə çəkmək mümkündür. Yaylada çobanlar bütün mövsümü asanlıqda qala bilirlər. == Etimologiyası == Yayla sözü türk mənşəlidir. Məsələn krımtat.
Yayla (dəqiqləşdirmə)
Yayla Yayla — Şəki rayonu ərazisində dağ. Hün. 3343 m. Yayla (Krım) Yayla (Gürcüstan) — Gürcüstanın Zalqa rayonunda kənd.
Yaşma (dəqiqləşdirmə)
Yaşma — Azərbaycanın Xızı rayonunda kənd. Yeni Yaşma — Azərbaycanın Xızı rayonunda kənd.
Yaşma adası
Yaşma adası — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnunda bir qədər aralıda yerləşir. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Adada çoxlu sayda dəniz quşlarını görmək olur.
Yaşma bağları
Yaşma bağları — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Yeni Yaşma
Yeni Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun faktiki mövcud olan Yeni Yaşma kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla, Yeni Yaşma kənd Soveti yaradılmışdır. == Toponimikası == Kənd 1988-1989-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr üçün salınmışdır. Yaşma yaşayış məntəqəsi yaxınlığında salındığı üçün onun adı ilə adlandırılmışdır. Yerli əhalinin arasında Yaşma sözünün mənasını fərqli yorumlayırlar. Bəzi rəvayətlərə görə, sözün kökü "eşmə" sözündəndir. Bu inzibati ərazi vahidində güclü külək olduğu üçün ad da oradan qalıb. Əhalinin dilindən rus dilinə keçən söz, zamanla dəyişikliyə uğrayaraq Eşmə-Yeşmə-Yaşma formasına kimi gəlmişdir. == Coğrafiyası və iqlimi == Kənd Xəzər dənizi sahilində yerləşir.
Yaya (ada)
Yaya — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Ada 2013-ci ildə aşkarlanır. Adanın hündürlüyü 1 metrdən az, laqunlarla birlikdə ölçüləri 370-125 civarındadır. Adanın sahə 500 m² və ya 0,0005 km² təşkil edir. Bununla da Rusiya ərazisi 452 mil² artmışdır (digər məlumata görə 452 km²) Dəniz sularında Rusiyanın ekonomik zonası genişlənmişdir. == Açılış tarixi == Ada Tiksidən Temp aerodromunа (Koltelnıy adası) uçuş zamanı 2013-ci ilin sentyabrında ikin Mil Mi-26 helikopterinin ekipajları tərəfindən aşkarlanır (Rusiya hava nəqliyyatının rəhbəri Bladimir Rukavişina). Helikopterlərdən birinin komandiri Aleksandr Matveyev şturmana GPS-naviqatorta adanın yerinin qeyd edilməsini istəyir. Növbəti uçuş zamanı ekipaj üzvləri nəqsədyönlü şəkildə adanı axtarmağa cədh göstərirlər. Naviqatorda olan qeydə görə ada aşkarlanır. Helikopterin ekipajı: Helikopterik kapitanı Aleksandr Matveyev; komandir köməkçisi Pavel Sayapin; şturman Vasili Ryabnin; iknci texnik Aleksandr Karuna; bort texniki Lilian Postu.
Yaya Ture
Nyenyeri Yaya Ture (fr. Gnégnéri Yaya Touré; 13 may 1983, Buake) — "Mançester Siti" və Kot-d'İvuar milli futbol komandasının yarımmüdafiəçisi. == Karyerası == Yaya Ture 13 May 1983-cü ildə Sokura-Buakedə anadan olmuşdur. O, 1996-cı ildə ASEC futbol klubunun gənclər akademiyasına dəvət olunmuşdur. Daha sonra o, karyerasını Avropada davam etdirmişdir. Ture 2,5 il Belçikanın Beveren klubunda, 1,5 il isə Metallurq Donetskində oynamışdır. === Olimpiakos === Yaya Ture Olimpiakosa 2005-ci ildə keçdi. Turenin qardaşı Kolo onu yeni Patrik Viera adlandırdı. 2005-ci ildə Eurosport kanalının keçirdiyi sorğuya əsasən Yaya Ture Xavyer Maskerano və Serxio Aquero ilə birlikdə gənc və istedadlı futbolçular adına layiq görülmüşlər. === Monako === Olimpiakos Tureni Monakoya 4,5 mln avroya satdı.