YAPMA


1.Yapmaq”dan f.is.
2. is. arxit. Plastik və s. materiallardan düzəldilən bəzək. Yapma işləri.
// sif. Bu cür düzəldilən. Yapma bəzək. Yapma naxışlar.
3. is. Divara yapılan təzək.
Bir tövlə qayıtdırsan əgər, bir də samanlıq; Mən də sağaram, həm peyinin yapma qayırram. M.Möcüz.

4. sif. Süni, saxta, yalançı, uydurma, qondarma, yalan. Yapma gözəllik. Yapma məhəbbət.
[Oqtay:] Xatırlayırmısan, bir zaman yapma həyatın nə olduğunu … sənə öyrədirdim. C.Cabbarlı.
Gözəlliklər yapma, duyğular cansız; Mənə tən eyləyir hər yetən qansız. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAPMA təzək
  • YAPMA yapışdırma
  • YAPMA tikmə — qayırma — düzəltmə
YAPIŞMAQ
YAPMAQ

Digər lüğətlərdə

вдаль галици́зм загро́бить иззубри́ться истра́чивать капучи́но несмышлёный раску́сываться распро́бовать то́лько лишь хряск кау́рка расшифро́вщик чебуре́к оадашка adapted azotize biogenetic corrosible door-frame gloppen Warrington woolsorter миссионерство оковать