I
(Bakı)
yuxa, çörək növü. – Yaymanın boyatı qeyiş kimi olar
II
(Bərdə, Daşkəsən, Gədəbəy, Göyçay, Xanlar, Mingəçevir, Oğuz, Şəki, Zərdab)
südlüsıyıq. – Yaymanın qazmağı olmaz (Bərdə); – Süt də tökür, su da, düyü də, orda pişir, olur yayma (Oğuz); – Savağ ertə bir boşqaf yayma yimişəm, acmamışam hələ (Şəki)
III
(Füzuli, Xocalı)
yeni tənək bitirmək üçün onun budaqlarını kökündən ayırmadan yerə basdırma. – Mə:m özümün tə:ngim azıdı, elə o yaymeynan çoxaldı (Füzuli)