YAYMA


1.Yaymaq”dan f.is.
2. is. Acıtmasız xəmirdən bişirilən nazik çörək.
[Telli] sobanı qalayıb sac asdı, yayma bişirməyə başladı. S.Hüseyn.

□ Südlü yayma məh. – südlə düyüdən bişirilən xörək; südlüsıyıq.
[Tubu Gülnisəyə:] Bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir. Ə.Haqverdiyev.

3. is. tex. Metalı hərlənən vallar arasında saxlamaqla ona istənilən formanın verilməsi. Zavodun yayma sexi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAYMA səpələmə — dağıtma
  • YAYMA bildirmə — çatdırma
  • YAYMA uzatma — açma — böyümə
  • YAYMA paylama — dağıtma
YAYLIMLATMAQ₂
YAYMAÇI
OBASTAN VİKİ
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yayma (qida)
== Ərzaqlar == Düyü – 67q, Süd – 100q, Ərinmiş yağ – 15q, Şəkər – 15q, Zəfəran – 0,1q, Duz. == Hazırlanma qaydası == Əvvəlcə süd eyni miqdarda su ilə qarışdırılır. Sonra südə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verildikdə üzərinə yağ əlavə edilir.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.

Digər lüğətlərdə

беспереса́дочный отстрочи́ть позёмная проква́сить согласи́ться телеобъедине́ние бинт йоти́ровать непредстави́тельный перепако́вывать провяза́ть радионукли́дный те́зис толчка́ми штуди́роваться Biarritz flavor housewifery incavation knockout protrusive restrictive stunted windhole шлёшь