Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürütmə
Sürütmə — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sürünən nəqliyyat vasitəsinin ən bəsit numunəsi olan əl surutməsindən istifadə edilməsi irəliyə doğru mühüm addım olmuşdur. Mütəxəssislər qoşqu heyvanı vasitəsilə sürütmədən istifadə edilıməsi tarixini Eneolit dövrünə aid edirlər. Əsasən Azərbaycanı dağlıq bolgələri ucun xarakterik olan Sürütməni duzəltmək ucun bir neçə iri budağın yoğun başlarını birbirinə bağlayıb, ustunə muxtəlif yüklər (ot, odun, dərz, cırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayırdılar. Öküz sürütməni istənilən yerə dartıb aparırdı. Arabaya çətin qaldırılan və ona yerləşməyən tikinti materiallarını da (kərən, dirək) bu üsulla daşımaq sərfəli olurdu. Yükü ağırlığından asılı olaraq boyunduruğa bəzən 2-5 cütə qədər öküz qoşurdular. Sürütmə qədim qoşqu nəqliyyatını elə növüdür ki, ondan Azərbaycanın dağlıq və meşəətrafı rayonlarında indi də istifadə olunur.
Çürütmə
Çürütmə Təbrizin ən dadlı və əski ənənəvi şiriniyyatlarından biridir ki onun hazırlanma qaydası Eris kimindir, ancaq Erisdən daha bərk və quru olmalıdır.Eramızda Çürütmənin az hazırlamasına görə Təbrizin az tapılan və bahalı şiriniyyatlarından biri sayılır.
Eşitmə borusu
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat.
Müvazinət-eşitmə üzvü
Müvazinət-eşitmə üzvü — İnsanlar eşitmə sayəsində özlərinin əmək və ictimai fəaliyyətində bir biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini şifahi nitq vasitəsilə öyrənirlər. Onlar daim müxtəlif səslər aləmində yaşayırlar. İnsanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni 16-20 min hersə bərabər səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdir. 20 min hersdən yuxarı səs dalğaları ultrasəs sahəsinə 16 hersdən aşağı səs dalğaları isə infrasəs dalğaları sahəsinə aiddir. 1000-3000 hers hədlərində insan qulağı maksimal həssalığa malikdir. Eşitmə analizatoru aşağıdakı üç hissədən təşkil olunmuşdur: daxili qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi. Daxili qulaqda eşitmə reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseqtorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları da yerləşmişdir. Xarici qulaq-qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta qulaq arasında təbil pərdəsi yerləşmişdir. Orta qulaq kiçik kamera şəklindədir.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnersiyasız Düşünmə (1988)
== Məzmun == Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
İnersiyasız düşünmə (film, 1988)
== Məzmun == Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Meşә unutma
Myosotis sylvatica Ehrh. ex Hoffm. (M. sachalinensis M. Pop., M. sylvatica var. sachalinensis (M. Pop.) Tolm.) Hündürlüyü (12) 20-50 sm, gövdəsi tək və ya bir neçə ədəddir, düz və ya əyilib qalxandır, sadə və ya yuxarı hissədə budaqlanmış, aşağı hissədə aralanmış, üst tərəfdə sıxılmış tüklü olan ikiillik və ya çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzunsov və ya uzunsov-əksinəyumurtaşəkillidir, kifayət qədər uzun saplağa daralmışdır, gövdə yarpaqları uzunsov-neştərvari, küttəhər və ya sivritəhərdir,aşağı saplaqlı yarpaqlar qaidə hissəsinə doğru daralmışdır, yuxarıdakılar isə oturaqdırlar. == Çiçək == Qıvrım çiçək qrupu çoxçiçəklidir, yarpaqsızdır. Tac tünd və ya açıq-mavi rəngli, diametri 7–8 mm-ə qədər olan yastı büküşlüdür və kasa yarpağına bərabər olan borucuğu vardır. == Meyvə == Fındıqcaların uzunluğu 2 mm-ə yaxındır, uzunsov-yumurtaşəkillidir, üçtilli, qara və parlaqdır. == Çiçəkləməsi == (Aprel) May-Avqust == Meyvə verməsi == İyun- Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Unutma... (1989)
== Məzmun == Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Süzmə xingal
== Ərzaqlar == Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz. == Hazırlanma qaydası == Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Unutma... (film, 1989)
== Məzmun == Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Levçay sürmə yatağı
Levçay sürmə yatağı — yatağın mərkəz hissəsində filiz kütləsi silisiumlaşmış, əhəng daşlarında civəli kütlələrlə yanaşı sürmə filizləşməsinində kifayət qədər olması müəyyənləşdirilmişdir. Filizdə sürmənin miqdarı 0,4-11,6 %, orta miqdarı isə 1,1%. təşkil edir.Yatağın öyrənilmiş hissəsində sürmənin ehtiyatı 2 min. ton olduğu müəyyən edilir.
Usamə ibn Zeyd
Usamə ibn Zeyd (615, Məkkə – 678, ərəb. ‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. == Bioqrafiya == Usamənin atası Zeyd ibn Harisə Məhəmmədin həyat yoldaşı Xədicənin qulu, Usamənin anası Ümmü Əymən isə peyğəmbərin atası Abdullahın köləsi idi. Atasının ölümündən sonra Məhəmməd Ümmü Əyməni azad edir, Məhəmmədin Xədicə ilə nikahından sonra isə Zeydi ərinə verir. Məhəmməd Zeydi azad edir və Ümmü Əymənlə evləndirir. Təxminən Məhəmmədin peyğəmbərliyinin başlanğıcının 4-cü ilində (614) Üsamə Zeyd və Ümmü Əyməndən dünyaya gəlir. Məhəmməd peyğəmbərin vəfatı zamanı Üsamə təxminən 19 yaşında idi. Məhəmməd peyğəmbər Usaməni və atası Zeydini çox sevir və ona hörmət edirdi. Usamə azlığına görə Bədr və Uhud döyüşlərində iştirak etməmişdir. Usamə döyüşə getməyə çalışırdı, lakin Məhəmməd peyğəmbər ona bunu qadağan edir.
Üsamə (film, 2003)
Üsamə (fars. اسامه‎‎) — 2003-cü ildə çıxan Əfqanıstan filmi.
Üsamə bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Avad bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Sanzoku no Musume Rōnya
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. == Keçidlər == Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Zuheyr ibn Əbu Sulmə
Züheyr ibn Əbu Sülmə (520–609) — ərəb şairi. == Həyatı == Züheyr ibn Əbu Sülmə şairlər nəslinə mənsubdur. Onun babası, atası, dayısı və övladları da şair olmuşlar. Şair təxminən 530-cu ildə Nəcddə anadan olmuşdur. O, Mudari tayfasının Muzayna qəbiləsindən idi. Şairin atası Rəbiə öz tayfasını buraxmış və Qatafan tayfasına getmişdir. Burada Umm Amru adlı qızla evləndikdən sonra bu tayfa ilə qohumluq əlaqələri ilə bağlandığından tayfanı tərk etməmişdir. Burada onların Qatafan tayfasında böyüyüb tərbiyə alacağı övladları Züheyr dünyaya gəlmişdir. Tayfa nümayəndələri arasında Züheyrin dayısı olan iflic olmuş müdrik Bəşamə adlı bir qoca da var idi. Züheyr Bəşamədən ayrılmır, ona qulluq edir, ondan həyatın müxtəlif cəhətləri, eyni zamanda şer sənətinin incəliklərini öyrənirdi.
Üsamə bin Laden (fil)
Üsamə bin Laden — ümumilikdə 27 nəfəri (digər mənbələrə görə 14 nəfər) öldürərək, hind kəndlərinin sakinlərini qorxuya salan məşhur Asiya fili. == Həyatı == Fil məşhur terrorçu Üsamə bin Ladenin şərəfinə adlandırılıb. Erkək cinsindən olan filin boyu üç metr idi. O, iki il Hindistanın Assam ştatını əhalisini qorxuya saldı. Fil yüzdən çox evi dağıtmışdı, kənd tarlalarını məhv etmişdi və yerli sakinləri öldürmüşdür. Görünür fil ağıllı idi, çünki təqibdən gizlənə bilirdi, qaldığı yeri tez dəyişirdi və və ovçular üçün iz buraxmırdı. Bildirilmişdir ki, fil fişəng və oddan çəkinmir, və tələ onun üçün qorxulu deyil. Onun vəhşiliyinin miqyası o hüdudlara gəldi ki, yerli sakinlər qəzəblənmiş fili aradan qaldırılması üçün hərbi dəstə və polis bölməsi göndərmək məcburiyyətində qaldılar, bundan əlavə əməliyyata təcrübəli meşə gözətçiləri cəlb olundu. 18 dekabr 2006-cı ildə yaxın məsafədən Üsəma ben Laden təxmin edilən fil güllələndi. Həmin filin məhz o olduğuna və ya səhvən başqasının öldürüldüyünə dair birmənalı məlumat yoxdur.
Üsamə bin Ladenin öldürülməsi
Üsamə bin Ladenin öldürülməsi - (ing. Death of Osama bin Laden) Üsamə bin Ladenə qarşı həyata keçirilən hərbi əməliyat.