QORXMAQ

QORXMAQ Mən isə sözümdən dönə bilmirəm, yazmağa da qorxuram (M.İbrahimov); BAĞRI YARILMAQ [Heydər bəy:] Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq (M.F.Axundzadə); BAK ETMƏK (kl.əd.) Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm? (M.Ə.Sabir); CANINA ÜŞÜTMƏ DÜŞMƏK (fr.v.) Bir anlığa Kəlbiyevin canına üşütmə düşdü (M.İbrahimov); ÇƏKİNMƏK (dan.) (ehtiyat etməklə qorxmaq) Vaqif: Xan məndən utanır, çəkinir bir az; Mən getsəm, qırğının hesabı olmaz (S.Vurğun); DƏHŞƏTƏ GƏLMƏK (bərk qorxmaq) O, ürəyinə haradansa birdən-birə daman hissin təsirindən az qala dəhşətə gəldi (Ə.Qasımov); DİKSİNMƏK (bir şeyin təsirindən qorxmaq) Bahadır diksinir öz səsindən... (B.Vahabzadə); EYMƏNMƏK Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi... (Anar); HÖVL ETMƏK ..Qoca birdən hövl edib tərpəndi (B.Bayramov); HÜRKMƏK (həm insan, həm də heyvanlar haqqında) Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular (M.İbrahimov); Fərman Mələyə: Bilmirəm, sən məndən hürkürsən (M.İbrahimov); XOFA DÜŞMƏK Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm.. (C.Məmmədquluzadə); XOFLANMAQ (az qorxu hiss etmək) Niyə özüm özümdən; Mən bu gün xoflanıram? (B.Vahabzadə); QORXUYA DÜŞMƏK Bu kənd hər atlı görəndə qorxuya düşür.. (S.Rəhimov); ÜRƏK-GÖBƏYİ DÜŞMƏK (fr.v.) Nardaranlılar qışqıraraq: Adə, ay evin tikilsin, neynirsən, ürək-göbəyimiz düşdü ki... (H.Abbaszadə); VAHİMƏ BÜRÜMƏK Tellini yenidən vahimə bürüdü (S.Hüseyn); VAHİMƏLƏNMƏK Cıdır düzünə çıxıb dərənin o tayına baxanda Qaraş vahimələnirdi (Ə.Vəliyev); VAHİMƏYƏ DÜŞMƏK Elsevərin başına gələn bu qərib fikirdən vahiməyə düşdü (Ə.Qasımov); VƏHMƏLƏNMƏK Ana ..gurultudan vəhmələnən uşağının ağlar gözlərini öpərkən, başına ağır bir şey dəydi (Mir Cəlal).

QORXAQ
QORXMAZ
OBASTAN VİKİ
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.

Digər lüğətlərdə

головёнка мо́крядь непроводи́мость ота́птывать преобразо́вываться тере́ться утепли́тельный шку́рный што́ра бу́би гигиени́ст накопи́тельский оби́женная сноубо́рд шнуро́вка этимо́лог прочий сыпать air-cushioned girdle storyboard авиамоделизм безвкусица вповалку простор