TİTRƏTMƏK

t-li.
1. Azacıq o yan-bu yana hərəkət etdirmək, əsdirmək, tərpətmək.
…Sübhün həzin yeli yaşıl yarpaqları titrədir, …çiçəklər baş-başa verərək bülbülün yanıqlı nəğməsinə səbəb olurdu. Çəmənzəminli.
[Fəhlə] gözünü yavaş-yavaş aşağı enən kvadrata dikərək tormozun dəstəyini asta-asta titrədir və qazırdı. M.İbrahimov.

// məc. Sarsıtmaq, yerindən tərpətmək.
Hər gün top kimi guruldayan səslər yüksək, başıqarlı, dağları titrədir. M.İbrahimov.
Bütün gecəni davam edən şiddətli tufan səhərə kimi dağları, dərələri titrətdi. Ə.Məmmədxanlı.

2. Bədəninə titrətmə, üşütmə düşmək.
[Fatma xanım:] Bu gecə sabaha kimi titrətmişəm. N.Vəzirov.
[Sərvnaz Şahmara:] Nəcəfalı titrədib, yıxılıb yorğan-döşəyə.
Od kimi yanır, heç halı özündə deyil. B.Bayramov.

3. məc. “Ürəyini”, “qəlbini”, “vücudunu” və s.
sözlərlə – həyəcanlandırmaq, həyəcana gətirmək, sarsıtmaq. Həzin musiqi səsi ürəkləri titrədir.
– Barmağını zəngin düyməsinə basdıqda, içəridən [Mehribanın] yeknəsəq… səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TİTRƏTMƏK üşümək — əsmək
  • TİTRƏTMƏK qorxmaq — sarsımaq
TİTRƏTMƏ-QIZDIRMA
TİTRƏTMƏQOVAQ

Digər lüğətlərdə

зуба́стость кова́ло надко́стница повёртывать пучи́на дра́иться империалисти́чески сделка с со́вестью скрыться из ви́ду только поду́май! A-frame bacteriosis Bathurst documentor fireset horse-trainer income tax internecine orangeade pluvial precept second childhood slough over woffle хула