SEDİMENTOGENEZ
/lat. sedumentum-çökmə və yun. genesis-doğulma, yaranma/
çöküntülərin əmələgəlmə mərhələləri. Üç mərhələni əhatə edir: aşınma və yuyulma zamanı maddələrin toplanması; maddələrin su, buz, külək və ya bilavasitə qravitasiyanın təsiri altında köçürülməsi; maddələrin su hövzələrində və ya quruda çökdürülməsi. Bundan sonra çöküntülərin süxura çevrilməsi (diagenez) mərhələsi başlanır. Bax: litogenez.
cедиментогенез
sedimentogenesis