selektiv səth

ру селективная поверхность en selective surface de selektive Schicht fr surface sélective es superficie selectiva it superficie selettiva
selektiv
selektiv udulma
OBASTAN VİKİ
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Səth morenləri
Səth parlaqlığı
Səth parlaqlığı və ya Obyektin görünən səthi parlaqlığı — obyektdən onun vahid səthinə düşən hissəsindən fəza bucağı vahidində gələn işıq selidir. Səth parlaqlığı obyektə qədər məsafədən asılı deyil.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.
Üfqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfüqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Selektiv IgA defisiti
Selektiv IgA defisiti – ən çox rast gələn I immunodefisit xəstəlikdir, istənilən yaşda xroniki residivləşən infeksiyalarla gedir, IgG və IgM normal olduğu halda, IgA azalır, autoantitellərin (xüsusi ilə RF və ANA) olmasına baxmayaraq autoimmun xəstəliklərin aşkar klinik əlamətləri yoxdur, amma sistem və orqan-spesifik autoimmun xəstəlik əmələ gəlmə riski yüksəkdir.