SELEKTORAT

(latın selectio-seçmə, seçilmə) aparıcı (dövlət) vəzifələrinə namizədlərin seçilməsi ilə məşğul olan bir qrup (dairə) şəxs. “S.” termini elita nəzəriyyəsində, elitaya seçimin (yığımın) müxtəlif sistemlərini xarakterizə etmək üçün istifadə edilir. S.-ın baris nümunəsini nümayəndəçi (təmsilçi) orqanlara seçkilərə siyasi partiya adından namizədlərin irəli sürülməsi üçün yaradılan xüsusi qurumun simasında görmək olar; S.-ın bir qədər fərqli nümunəsini İran İslam Respublikasının (İİR) Ali rühani orqanın timsalında görmək olar, hərçənd S. seçim ilə bağlı olduğu təqdirdə, adı gedən orqan Ali dövlət orqanlarının vəzifələrinə seçim ilə məşğul olmur, daha dəqiq desək, lazım bilmədiyi, “xoşu gəlmədiyi” şəxsləri seçkilərdən (namizəd qismində) kənarlaşdırmaq ilə məşğuldur.
SEKULYARİZASİYA
SENAT