SENATOR

Qədim zamanlarda qəbilə başçısı məsləhət almaq üçün qəbilənin ən qocaman üzvlərinə müraciət edərdi. Bu da olduqca təbii idi, çünki onlar daha təcrübəli və daha müdrik idilər. İngilislər yaşlı insanların belə yığıncaqlarını ağsaqqallar şurası adlandırırlar.

Yunan sözü olan “presbus” yaşlı adam mənasını verir və kilsələrin yarandığı ilk vaxtlarda ağsaqqalları presviter adlandırırdılar. Protestant kilsəsinin ağsaqqallar başçılıq etdiyi müasir məzhəblərindən biri presviterian adlanır.

Romalıların da müdrik məsləhətləri ilə dövləti idarə etməkdə hökmdarlara yardım edən ağsaqqallar şurası var idi. Latın dilində yaşlı adama “senex” deyildiyindən ağsaqqallar şurasını senat, onun üzvlərini isə senator adlandırmağa başladılar.

Uzun illər ərzində Romanın qazandığı müvəffəqiyyətlər və iqtidardakı şuranın dövləti uğurla idarə etməsi nəticəsində ən populyar söz “senat” idi. O vaxtdan bu yana dünyada çox senatlar olub (indi də var). Roma senatından sonra ən məşhuru ABŞ senatıdır. (Ayzek Azimov. Sözlərin tarixi)

SEMİNARİYA
SENDVİÇ

Digər lüğətlərdə

-енск-(ий) гиповитамино́з звезда́ копчу́шка осребря́ть папа́х перебази́рование пересто́йный прекра́сный агрикульту́рный египтя́нка косоро́тый нава́ливаться напы́житься Cetus circuitous comedietta epigraphy epithet radiovisor rip speech writer паукообразные подклеивать сабур