Senke

die; -, -n çuxur
Senkblei
Senkel
OBASTAN VİKİ
Senke Motomaro
Senqe Motomaro (千家 元麿, 8 iyun 1888, Tokio[d] – 14 mart 1948, Tokio) – Yaponiya şairi. Senqe Motomaro 1888-ci ildə Yaponiyanın Tokio şəhərində Senqe Takatominin oğlu kimi doğulmuşdur. Keyo Universitetində təhsil almış, Koroku Satonun şagirdi olaraq hayku öyrənmişdir. Senqenin poeziyası humanistik və optimistik tonuna görə tanınır, eləcə də, Şirakaba məktəbinin fəlsəfəsini əks etdirir. O, gənc yaşlarından etibarən bu məktəbə qoşulmuş və ölümünə qədər məktəbə sadiq qalmışdır. Senqə bəzi illərdə aylıq 30–40 şeir yazırdı. O, şeirlərini "sənətsiz" adlandırsa da, emosionallıqdan uzaqlaşaraq gündəlik hadisələri təsvir etməyə çalışırdı. Əsas kitablarından biri olan "Cibun va mita" (azərb. "Mən gördüm"‎, 1918) əsərinin açılış şeiri olan "Kuruma no oto" (azərb. "Maşınların səsi"‎ ən məşhur şeirlərindən biri hesab olunur.
Henrik Senkeviç
Henrik Adam Aleksandr Piy Senkeviç (pol. Henryk Sienkiewicz, tam adı pol. Henryk Adam Aleksander Pius Sienkiewicz; 5 may 1846[…] – 15 noyabr 1916[…]) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905). Polyak yazıçısı Henrix Adam Aleksandr Piy Senkeviç Podlesyedə, Vola-Okeysk adlı kiçik şəhərdə doğulmuşdu. Atası Yozef Senkeviç knyaz Vitovtun zamanında Böyük Litva knyazlığına köçürülən tatar nəsillərindən idi. Bu ailə yalnız XVIII əsrdə xristianlığı qəbul etmişdi. 1775-ci ildə Senkeviçlər şlyaxtiç–Polşa zadəganları silkinə daxil olunmuşdu. Gələcək yazıçının anası Stefaniya Çetsişovska isə belorus şlyaxtiçləri ailəsindən çıxan əsil-nəcabətli və yaxşı təhsil almış qadın idi. Uşaqlar məktəb yaşına çatdıqda Varşavaya köçmək qərara alındı. Burada Henrix təhsilini gimnaziyada davam etdirirdi.