Sensualizm
Sensualizm (fr. sensualisme, lat. sensus - hiss) — idrak nəzəriyyəsində istiqamət.
Empirik biliklər hisslər və hissiyyat vasitəsilə ümumiləşdirilir və sistemə salınır. İdraka belə yanaşma fəlsəfədə sensualizm adlanır. Antik dövrdə yaranan bu istiqamət fəlsəfədə XVII-XVIII əsrlərdə daha geniş yayılmağa başladı.
Sensualizm bütün növ biliklərin hiss üzvləri vasitəsilə əldə edilməsi konsepsiyasıdır. Bu konsepsiyaya görə, duyğular, qavrayış və hafizə tək-tək cisim və hadisələr haqqında biliklərin əsasini təşkil edir. İlkin biliklərin fikri əməliyyatın köməyi ilə ümumiləşdirilməsi anlayışların, biliklərin formalaşdırılmasına gətirir.