Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Separate
Separate (alm. Sebastian Faisst‎) — Alman reperidir. İfaçı Sebastian Faisst ABŞ-nin məşhur rep ifaçılarından biri olan Tupak Şakurdan (1971-1996) ilhamlanmış və "Separate" adlı musiqi qrupunu yaratmışdır. 2000: Was auch immer Du sagst (Freestyle Tape) 2003: Nichts zu verlieren (EP) 2003: ÜberlegDirWasDuSagst 2004: Rap Art War (als Kinder Des Zorns) 2004: 1.
Separadi
Kəndlər Separadi (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Separadi (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Digər Separadi bələdiyyəsi — Azərbaycan Respublikasının Lənkəran rayonunda bələdiyyə.
Separatçı
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm — istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Chanteius separatus
Chanteius separatus (lat. Chanteius separatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chanteius cinsinə aid heyvan növü.
Separadi (Lənkəran)
Separadi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Separadi sözü talış dilində mənası "üç para kənd" (talış: se pa di ) mənasını verir. Kənd Lənkəran rayonunun mərkəzi olan Lənkəran şəhərindən təx. 18–20 km məsafədə yerləşir. Qonşu kəndləri: Tükəvilə, Zövlə və Şağlaser kəndləridir.
Separadi (Yardımlı)
Separadi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Separadi bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Separatçı kababçılar
Separatçı kababçılar (türk. Bölücü kebapçılar) — Dövlət Baxçalının çıxışlarının birində kabab satıcıları və məhsullarına yüksək qiymətlər qoyaraq "terrora dəstək verən" digər satıcıları təsvir etmək üçün istifadə etdiyi ifadə. Bu çıxış sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulmuşdur. Dövlət Baxçalı çıxışında Türkiyədə bahalaşmanı və işsizliyi tənqid etmiş və məsuliyyəti satıcıların üzərinə atmışdır. Çıxış belədir: Gələcək Partiyasının sədri Əhməd Davudoğlu çıxışına "simit və avtomobil satıcıları Baxçalının növbəti hədəfinin kimin olacağı ilə bağlı narahatdırlar" demişdir. CHP-dən olan millət vəkili Çingiz Göyçəl çıxışı tənqid edərək demişdir ki ki, "valyutanın alıcılıq qabiliyyətinin azalmasına və işsizliyin artmasına səbəb olanlar əsl terrorçulardır". Bu çıxış "Twitter"də də geniş reaksiyaya səbəb olmuşdur.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
Separatçı hərəkatların siyahısı
Bu siyahıda yer alan separatçı hərəkatlar aktiv fəaliyyət göstərmiş və göstərməyə davam edən ayrılıqçı və muxtariyyətçi hərəkatları əhatə edir.
Müqəddəs Reparata kafedralı (Florensiya)
Müqəddəs Reparata kafedralı və ya Santa-Reparata kilsəsi (it. Chiesa di Santa Reparata) — İtaliyanın Florensiya şəhərində yerləşən keçmiş kafedral. Kafedral Florensiyanın patron müqəddəsi olan erkən xristanlıq dövrü şəhidi Müqəddəs Reparatanın adaını daşıyır. Florensiya kafedralı Santa-Reparata kilsəsi üzərində inşa edilmişdir. Florensiya kafedralının zirzəmisində 1966–1972-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində kilsənin strukturu müəyyən edilmiş və çoxsaylı maraqlı artefaktlar üzə çıxarılmışdır. Kilsədə Roma Papaları IX Stefan və II Nikolayın, həmçinin Filippo Brunelleski kimi tanınmış şəxslərin məzarları yerləşir. Hələ III əsrdən Florensiyanın şimalında xristianlığa həsr edilmiş ərazi var idi və orta əsrlərə kimi həmin ərazi şəhərin mühüm dini mərkəzi olaraq qalırdı. VI əsrdən başlayaraq şərq-qərb istiqamətində (Pyaçça-dell'Olio-dan müasir Florensiya kafedralının apsida ərazisinə kimi) "müqəddəs ox" adlandırılan bina kompleksi yerləşirdi. Son Antik dövrdən bəri bu cür komplekslər dini ərazi hesab edilir və Roma dövrü divarları ilə əhatə olunurdu. Kompleksə Yepiskop sarayı, San-Covanni vəftizxanası, xəstəxana, pastor evi, qəbirsanlıq və üç kilsə: Salvatore-al-Veskovo, San-Mikele Visdomini və Santa-Reparata daxil idi.
Aktiv separatçı hərəkatların siyahısı
Bu siyahıda yer alan separatçı hərəkatlar aktiv fəaliyyət göstərmiş və göstərməyə davam edən ayrılıqçı və muxtariyyətçi hərəkatları əhatə edir.
Dağlıq Qarabağda erməni separatçı rejim
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն) — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.