SEVGİLİ

прил. кӀани, гзаф рикӀ алай; азиз, сейли, мегьрибан; sevgili dost кӀани дуст; // сущ. кӀаниди.
SEVGİ
SEVGİSİZ
OBASTAN VİKİ
Sevgili canan
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Sevgili öpüşü
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.
Mənim sevgilim dəlidir (film, 2012)
Mənim sevgilim dəlidir (ing. Silver Linings Playbook) — David Rasselin rejissorluğu və ssenarisi ilə çəkilmiş 2012-ci il romantik, komediya-dram filmi. Film Matthev Kuikin 2008-ci ildə nəşr etdirdiyi eyniadlı kitabı əsasına çəkilib. Filmin ilk nümayişi 2012-ci il 8 sentyabrda Toronto Beynəlxalq Film Festivalında keçirilmişdir. Kritiklər tərəfindən müsbət qarşılanılan film 8 nominasiya üzrə "Oskar" mükafatına namizəd olmuş, və ən yaxşı qadın roluna görə Cennifer Lourens qələbə qazanmışdır. == Süjet == 8 ay psixatriya mərkəzində keçirmiş köhnə məktəb müəllimi Pet valideynlərinin yanına gələrək, həyat yoldaşıyla əlaqəsini bərpa etməyə çalışır. Hər şey onun bir qədər qəribə olan Tiffani adlı qızla qarşılaşmasından sonra daha da çətinləşir.
Sevgililər günü
Müqəddəs Valentin Günü, Sevgililər günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gün. == 14 Fevral tarixi == Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub.
Sevgilim, süz (mahnı)
Valdaro sevgililəri
Valdaro sevgililəri – 2007-ci ildə İtaliyanın Mantuya şəhəri yaxınlığındakı San-Corco ərazisindəki neolit dövrü məzarlığından aşkarlanmış, 6.000 il yaşı olan qoşa insan skeletlərinə verilmiş addır. Hər iki insan eyni vaxtda ölmüş və ya dəfn edilmişdir, onlar üzü bir-birinə istiqamətlənmiş, ətrafına silahlar yerləşdirilmiş şəkildə torpağa qoyulmuşdur ki, bu da sevgililərin qucaqlaşmasını xatırladır. == Tədqiqi == Tədqiqat işlərinə arxeoloq Yelena Mariya Menotti rəhbərlik etmişdir. Alimlərin fikrincə dəfn edilmiş cütlüyün 20-dən çox yaşı olmamış, boyları isə 157 sm olmuşdur. Tapıntının "Daş dövrü Romeo və Cülyettası" adı ilə mətbuatda işıqlandırılmasından sonra ərazinin maraqlanan şəxslər və potensial qarətçilərdən mühafizə edilməsi üçün iyirmi dörd saatlıq mühafizə təyin edilmişdir. Ərazinin sahibi olan mülkədarın orada anbar inşa etmək istəyi məzarın birdəfəlik oradan köçürülməsinə səbəb olmudur. Skeletlərin dəfn edildiyi formada saxlanması üçün onlar dəfn edildiyi torpaq hissəsi ilə birlikdə kəsilərək götürülmüşdür. Daha sonra məzar xüsusi qutuya yerləşdirilərək sonrakı tədqiqatlar üçün Komodakı Paolo Ciovio Arxeologiya Muzeyinə aparılmışdır. Kişi skeletinin (qucaqlaşanlardan sol tərəfdə olan) boynunun yaxınlığında çaxmaqdaşından hazırlanmış ox ucluğu aşkarlanmışdır. Qadın skeletin budunda bir, arxasında isə iki çaxmaqdaşından bıçaq aşkarlanmışdır.
Mənim sevgilim dəlidir
Mənim sevgilim dəlidir (ing. Silver Linings Playbook) — David Rasselin rejissorluğu və ssenarisi ilə çəkilmiş 2012-ci il romantik, komediya-dram filmi. Film Matthev Kuikin 2008-ci ildə nəşr etdirdiyi eyniadlı kitabı əsasına çəkilib. Filmin ilk nümayişi 2012-ci il 8 sentyabrda Toronto Beynəlxalq Film Festivalında keçirilmişdir. Kritiklər tərəfindən müsbət qarşılanılan film 8 nominasiya üzrə "Oskar" mükafatına namizəd olmuş, və ən yaxşı qadın roluna görə Cennifer Lourens qələbə qazanmışdır. == Süjet == 8 ay psixatriya mərkəzində keçirmiş köhnə məktəb müəllimi Pet valideynlərinin yanına gələrək, həyat yoldaşıyla əlaqəsini bərpa etməyə çalışır. Hər şey onun bir qədər qəribə olan Tiffani adlı qızla qarşılaşmasından sonra daha da çətinləşir.

Digər lüğətlərdə