Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevgilim, süz (mahnı)
Sevgilim, süz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı "Badə nəbadə" adı ilə də məşhurdur. Mahnının sözləri şair Teymur Məmmədova , musiqisi bəstəkar Vaqif Gərayzadəyə aiddir. Mahnı caz janırındadır. Mahnı ilk öncə "Gəncə Şərab”ın istehsal etdiyi “Sevgilim” şərabının reklam çarxı üçün bəstələnmişdir. Mahnıya klipi rejissor Aqil M. Quliyev çəkmişdir. Klipdə Aygün Kazımovanın stili üzərində azərbaycanlı modelyer Aslan Əhmədov çalışmışdır. 2006-cı ildə mahnını Zülfiyyə Xanbabayeva Sual qrupu ilə birlikdə Aygün Kazımovanın ad günü üçün hazırlamışdılar.
Mənim sevgilim dəlidir (film, 2012)
Mənim sevgilim dəlidir (ing. Silver Linings Playbook) — David Rasselin rejissorluğu və ssenarisi ilə çəkilmiş 2012-ci il romantik, komediya-dram filmi. Film Matthew Quick-in 2008-ci ildə nəşr etdirdiyi eyniadlı kitab əsasına çəkilib. Filmin ilk nümayişi 2012-ci il 8 sentyabrda Toronto Beynəlxalq Film Festivalında keçirilmişdir. Kritiklər tərəfindən müsbət qarşılanılan film 8 nominasiya üzrə "Oskar" mükafatına namizəd olmuş, və ən yaxşı qadın roluna görə Cennifer Lourens qələbə qazanmışdır. == Süjet == 8 ay psixatriya mərkəzində keçirmiş köhnə məktəb müəllimi Pet valideynlərinin yanına gələrək, həyat yoldaşıyla əlaqəsini bərpa etməyə çalışır. Hər şey onun bir qədər qəribə olan Tiffani adlı qızla qarşılaşmasından sonra daha da çətinləşir.
Sevgili canan
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Tanrıların sevgisi
Tanrıların sevgisi (it. Affreschi della Galleria Farnese) — Bolonyalı İntibah dövrü rəssamı Annibale Karraççi və onun studiyası tərəfindən, hazırda Romadakı Fransa səfirliyinin yerləşdiyi Farnezi sarayının Farneze qalereyasında yaradılmış monumental freskolar silsiləsidir. Freskolar təqdim edildiyi dövrdən bəri müsbət qarşılanmış, sonradan isə XVI əsrdə Manyerizmin dəyişməsi və Romada Barokko və Klassisizmin inkişaf etməəsinə əhəmiyyətli təsir göstərdiyi qeyd edilmişdir. == Tarixi == Papa III Pavelin qohumu kardinal Odoardo Farneze, Annibale Karraççi və onun studiyasına ailə sarayının piano nobile mərtəbəsində yerləşən tağ-tavan örtüklü qalereyanın bəzədilməsini sifariş edir. Zalın bəzədilməsinə 1597-ci ildə başladılmış və 1608-ci ildə — rəssamın ölümündən bir il qabaq iş hazır vəziyyətdə təhvil verilmişdir. 1597-ci ildən 1600-cü ilə kimi Annibale ilə birlikdə qardaşı Aqostino da işlər üzərində çalışmış, həmçinin rəssamın studiyasından olan Covanni Lanfranko, Françesko Albani, Domenikino və Sisto Badalokkio da işlərə kömək etmişlər. == Cədvəl və təfsir == Annibale Karraççi daha öncə 1595–1597-ci illərdə sarayın Kamerino adlı kiçik otağını Heraklın həyatından səhnələrlə bəzəmişdi. Herakl mövzusunnun seçilməsinin səbəbi o zamanlar Farneze Heraklının sarayı bəzəməsi idi. Kamerinoda istifadə edilmiş və qədim incəsənəti təlqin edən bu sənət nəzəriyyəsi böyük qalreyaya da keçirilmişdir. Sonradan Metropoliten muzeyinin direktoru olmuş Tomas Hovinq qeyd edir ki, sarayı bəzəyən freskalar və Qədim Roma heykəllərinin toplandığı Farneze kolleksiyasına daxil olan əsərlər arasında çoxlu oxşar xüsusiyyətlər vardır.
Sevgil Musayeva
Sevgil Musayeva (ukr. Севгіль Мусаєва, krımtat. Sevgil Musayeva 18 iyun 1987) — Ukraynalı jurnalist, "Ukrayna həqiqəti" onlayn nəşrinin baş redaktoru. 2011-2013-cü illərdə "Forbes Ukrayna" jurnalının müxbiri, 2014-cü ildə "Hubs" onlayn biznes dərcinə başlamış və onun baş redaktoru olmuşdur. Neft və qaz və yanacaq-enerji kompleksi mövzularında ixtisaslaşmışdır. Serqey Kurçenkonun biznesi, Nestor Şufriç və Nikolay Rudkovskinin neft və qazla bağlı işləri və Yuri İvanyuşçenkonun gəlirləri barədə öz araşdırmalarını aparmışdır. Beş dəfə "PRESSzvanie Business mükafatı" almışdır. == Bioqrafiyası == Sevgil Musayeva 18 iyun 1987-ci ildə Çümə şəhərində (Özbəkistan) anadan olub. 1989-cu ildə Krım tatarlarının Krıma qayıtmasına icazə verildikdə, ailəsi Kerçə köçür. Məktəbdə oxuyarkən 9-cu sinifdən yerli jurnalistika məktəbində oxuduğu Sevgil respublika mətbuatında dərc olunmağa başlayır.
Sevdiyim insan (film)
Sevdiyim insan (ing. The One I Love) — Çarli Makdauellin rejissorluğu və Castin Laderin ssenarisi ilə çəkilmiş ABŞ filmi. Baş rollarda Mark Düplass və Elizabet Moss çəkilib. Filmin premyerası 21 yanvar 2014-cü ildə Sandens Film Festivalında baş tutub. == Məzmun == İtan və Sofi bitmək üzrə olan evliliklərini xilas etmək üçün terapevtlərinin təklifi ilə həftə sonu kiçik tətilə çıxırlar. Onlar dincəldikləri bu evdə təsəvvür belə etməyəcəkləri şeylə qarşılaşırlar. == Rollarda == Mark Düplass — İtan Elizabet Moss — Sofi Ted Denson — terapist Mary Steenburgen — Ana (səs) Charlie McDowell — Medison (səs) Mel Eslyn — Viktoria (səs) == İstinadlar == == Xarici keçidlər == Sevdiyim insan — Internet Movie Database saytında.Sevdiyim insan (film) Rotten Tomatoes saytında (ing.) The AFI Interview: The One I Love's Charlie McDowell and Justin Lader Patches, Matt. "Sundance Preview: Mark Duplass Is Both Mentor and Star on Set of The One I Love". The Hollywood Reporter. 2014-01-08.
Sevilin Bacıları (1971)
== Məzmun == Film Sevil Qazıyevanın işini davam etdirən mexanizator qızlara həsr olunmuşdur.
Sevilin bacıları (film, 1971)
== Məzmun == Film Sevil Qazıyevanın işini davam etdirən mexanizator qızlara həsr olunmuşdur.
Sevginin göz yaşları (teleserial, 2013)
Filmi səsləndirənlər:
Onun bəlalı sevgisi (film, 1980)
== Məzmun == Tələbə Bəhruz (Mikayıl Kərimov) diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. İstehsalatla yaxından tanış olandan sonra gənc sosioloq aydınlaşdırır ki, məhsulun aşağı keyfiyyətdə olmasının səbəbi rəhbərliyin düzgün aparılmamasındadır. Bir tərəfdən fabrik direktoru, gözəl və cavan Şövkətlə (Nataliya Tağıyeva) Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film aktyor Mikayıl Kərimovun kinoda ilk işidir. Film yazıçı Bayram Bayramovun "Bəlalı sevgi" romanı əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Bayram Bayramov, İqor Strekov Bədii rəhbər: Həsən Seyidbəyli Quruluşçu rejissor: Ziyafət Abbasov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Əsəd Əsədov Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: L.Frankenberq Dekor rəssamı: Fikrət Ələkbərov Qrim rəssamı: Elbrus Vahidov Fotoqraf-rəssam: Tofiq Kərimov (T.Kərimov kimi) İşıq ustası: M.Rəhmanov Montaj edən: Gülşən Səlimova Rejissor assistenti: Y.Əhmədov Operator assistenti: K.Haşımov, Q.Pastuşkov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Musiqi redaktoru: Rauf Əliyev (R.Əliyev kimi) Mahnı mətnlərinin müəllifi: Ramiz Rövşən Redaktor: Seyfəddin Dağlı, Eyvaz Borçalı Filmin direktoru: Aydın Dadaşov Mahnıların mətni: Fikrət Qoca Mahnı ifa edən: Flora Kərimova(titrlərdə yoxdur) === Rollarda === Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Şövkət Mikayıl Kərimov — Bəhruz Hacıbaba Bağırov — Qaraxalov Tofiq Mirzəyev — Sabirov Barat Şəkinskaya — nənə Sona Mikayılova — Xalidə Nelli Mahmudova E.Qarayeva Gümrah Rəhimov — sürücü Rafiq Qasımov Cahangir Aslanoğlu — sərgi iştirakçısı Elxan Ağahüseynoğlu — sərgi iştirakçısı Nadir Əsgərov — işçi Ş.Kamalzadə İ.Brodov Yusif Muxtarov — iclas iştirakçısı === Filmi səsləndirənlər === Əliabbas Qədirov — Bəhruz (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Sabirov (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Şövkət (Nataliya Tağıyeva) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Mərziyyə (titrlərdə yoxdur) Sadıq Hüseynov — iclas iştirakçısı (titrlərdə yoxdur) Məhluqə Sadıqova — nənə (Barat Şəkinskaya) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Mən sənin sevgini istəyirəm (film, 2012)
Mən sənin sevgini istəyirəm (ing. I Want Your Love) — rejissor Trevis Metyuzun dram filmi. 2012-ci ildə «NakedSword» gey pornoindustriyasının və Trevis Metyuzun birgə istehsalı ilə ekranizasiya edilmişdi. == Məzmun == Jesse adında gənc gey doğma Ohayoda yeni həyata başlamaq məqsədi ilə Kaliforniyanı tərk etməyə hazırlaşır. Yola düşməzdən əvvəl gənc oğlan dostlarının, qonşularının və keçmiş sevgililərinin ətrafında vaxtını keçirir. 10 ildən çox yaşadığı şəhərlə ayrılığın acı hissləri, onun yaradıcılığı və ambissiyaları yaşamaq üçün pul qazanmağın qəddar real üzü ilə heç bir adiyyatı yoxdur. == Rollarda == Jesse Metzger, Baş qəhrəman.O öz doğma şəhərinə qayımaq məcburiyyətindədir. Brontez Purnell, Jesse'in dostu, geyim dükanında işləyir Ben Jasper, Jesse'in ex-boyfriendi, reklam sənəti ilə məşğuldur Keith McDonald, Jesse'in dostu və mənzil yoldaşı Wayne Bumb, Jesse'in ən yaxın dostu və mənzil yoldaşı Ferrin Solano, Wayne'in boyfriendi Jorge Rodolfo, Wayne'in yaxın dostu, o əvvəlcə Wayne'i Ferrinə çox qısqanırdı, lakin sonra üçlükdə sekslə məşğul olmağa razı olur. == İnkişaf == "Mən sənin sevgini istəyirəm" filmi San Fransiskoda yaşayan dostların homoseksual əlaqələrindən bəhz edir. Filmin qısametrajlı versiyası hələ 2010-cu ildə ekranlaşdırılmışdı, o zaman da filmin rejissoru Trevis Mettyuz idi.