sidr
sifariş-məxaric
OBASTAN VİKİ
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil. Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur.
Dövlət sifarişi
Dövlət sifarişi – ümumi işlərin içra olunmasına dair hökumət tərəfindən verilən tapşırıqdır. Dövlətin təsdiq etdiyi və ya qəbul etdiyi proqramlara uyğun olaraq dövlət büdcəsi vəsaiti ilə maliyyələşdirilir. Sifarişin təsərrüfat fəaliyyəti bütün sferalarda ən mühüm dövlət tələbatlarının ödənilməsini təmin edir. Sənaye istehsalı sahəsində zəruri ümumdövlət tapşırıqlarının, tədqiqatlar və işləmələr sahəsində, elmi-texniki proqramların, ictimai-sosial sferada və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi yönündə işlərin yerinə yetirilməsinə zəmanət verir. Dövlət sifarişi təsərrüfat əlaqələrinin birbaşa olaraq tənzimlənməsi forması kimi başa düşülür. == Ümumi məlumat == Mərkəzləşdirilmiş şəkildə planlaşdırılan iqtisadiyyatda Dövlət sifarişi yuxarı orqan tərəfindən müəssisəyə və ya birliyə verilən icbari olaraq onun istehsal planına salınan tapşırıqdır. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində Dövlət Sifarişi, bu və ya digər məhsulun istehsalı üzrə dövlət nümayəndələri ilə müəssisələr arasında müsabiqə əsasında bağlanmış müqavilə kimi başa düşülür. Sifarişin icraçılarına həm dövlət müəssisələri, həm də digər mülkiyyət formaları, özəl və ya səhmdar çəmiyyətlərə malik təsərrüfat subyektləri aid edilir. Dövlət sifarişində davamlı maliyyələşmə nəzərdə tutulduğundan icraçı üçün sərfəli olur, bu səbəbdən Dövlət sifarişi bir çox halda lobbiçilik, həmçinin potensial icraçılar arasında sərt rəqabət predmetinə çevrilir.
Sifarişli proqram təminatı
Sifarişli proqram təminatı (custom software) – konkret müştəri üçün işlənib hazırlanmış, yaxud özəl tələbatı ödəyən proqramlar. Sifarişli proqram təminatları heç də “sıfırdan” hazırlanmır. Bəzi məhsullar, məsələn, Visual FoxPro, Microsoft Access, Delphi və başqaları xüsusi olaraq sifarişli proqramlar yaratmaq üçün nəzərdə tutulub və bunun üçün konkret vasitələrə malikdirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. What is Custom Software Development?
Sifarişli qətl
Sifarişli qətl — adətən böyük məbləğdə pul müqabilində həyata keçir. Cəmiyyət varlandıqca cinayətkarlığa qarşı mübarizə güclənmirsə, ayrı-ayrı şəxslər öz rəqibləri ilə məhz bu yolla hesablaşır.
Sifarişçi (2000)
"Sifarişçi" — Natiq Rəsulzadənin ssenarisi əsasında Elnur Mehdiyevin filmi. Ağır xəstəliyə düçar olan bir nəfər (Ötkəm İsgəndərov) ağrılara dözməyib öz ölümünə qərar verir. Lakin killer (Kazım Həsənquliyev) onu qətlə yetirməyə hazırlaşdığı son anda xəstə fikrindən daşınır. Beləliklə də yaşamaq yanğısı, həyatın gözəlliyi ölümə qalib gəlir. Film yazıçı Natiq Rəsulzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Quruluşçu rejissor: Elnur Mehdiyev Ssenari müəllifi: Natiq Rəsulzadə Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Ağaəli İbrahimov Səs operatoru: Nataliya Nuriyeva Musiqisindən istifadə edilən bəstəkar: Yanni Ötkəm İsgəndərov — sifarişçi Mehriban Xanlarova — sifarişçinin sabiq sevgilisi Kazım Həsənquliyev — killer Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sifarişçi (film, 2000)

Значение слова в других словарях