simfoniya-kantata
simfoniya-poema
OBASTAN VİKİ
Muğam
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.
Simfoniya
Simfoniya [yun. symphonia – ahəngdar] - Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri.
Arazbarı (muğam)
Arazbarı – "Şur" muğam ailəsinə daxil olan zərbi muğamdır. O yeddi əsas Azərbaycan lad-məqamına biri olan – Şura əsaslanır. Ölçüsü 4/3-dür. Tempi ağırdır. Dinləyicidə lirik, nikbin əhvali-ruhiyyə yaradır. Bəzən xorla da oxunur. Belə halda "vaygirlik edənlər fərdçinin hər misrasını "ay zalım" nidası ilə tamamlayırlar". Arazbarı ancaq xalq spzlərinə oxunur. Bu sözlər əsasən daimidir. Arazbarının mahir ifaçılarında biri böyük xanəndə Seyid Şuşinski sayılır.
Muğam (1976)
== Məzmun == Sənədli televiziya filmində respublikanın xalq artistlərindən Hacıbaba Hüseynov, Vera Şirye, Tamilla Şirəliyeva və başqaları çıxış edirlər.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. == Məzmun == Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Muğam (dəqiqləşdirmə)
Muğam - Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı. Muğam (balet) - Nazim Əliverdibəyovun 1972-ci ildə yazdığı baleti. Muğam (film, 1976) - "Muğam" baleti haqqda film (???) Muğam (film, 1995) - muğam musiqi janrı haqqında film.
Muğam (rəsm)
"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir. Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. == Təsvir == Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir: Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük.
Muğam fəlsəfəsi
Muğam fəlsəfəsi — Könül Bünyadzadənin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi olaraq nəşr etdiyi kitab. == Məzmun == Kitabda Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə onunla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Müasir dövrün ruhuna uyğun olaraq kitabda həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaına görə muğam Azərbaycanın “yumşaq gücüdür”. Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Muğam mərkəzi
Beynəlxalq Muğam Mərkəzi — Bakıda, dənizkənarı Milli Parkda açılmış mədəniyyət mərkəzi. == Tarixi == 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muğam operası
Muğam operası — muğamla işlənmiş, psixoloji hadisələrin mahiyyəti, obrazların münasibətləri musiqi və oxumalarla verilən səhnə əsəri. == Tarixi == Dünyada ilk muğam operası Üzeyir Hacıbəyovun Leyli və Məcnun (12 (25) yanvar 1908) əsəri hesab olunur. Operada "Mahur-Hindi", "Rast", "Segah", "Şiraz bayatısı", "Kürdi-Şahnaz", "Çahargah", "Şur" muğamlarından istifadə olunub. Azərbaycanda Üzeyir Hacıbəyovun "Əsli və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşud banu", "Rüstəm və Söhrab", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası", Cahangir Cahangirovun "Xanəndənin taleyi" muğam operaları vardır. == Mənbə == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. 2017. səh.
Muğam üçlüyü
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi. Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. == Quruluşu == Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur.
Rəng (muğam)
Rəng — muğam şöbələri arasında ifa olunan instrumental pyes.
Simfonik muğam
Simfonik muğam — Azərbaycan musiqisinin bir janrı. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. == Tarixçə == Janrın əsası Üzeyir Hacıbəyovun ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dəfə olaraq Avropa opera janrı ilə birləşdirilmişdi. "Leyli və Məcnun" operasında Heyratı (Nofəlin partiyası) və Arazbarı zərbi muğamlarından istifadə buna misaldır. Ü. Hacıbəyovun "Aşıqsayağı" kamera-instrumental əsəri də muğam-improvizasiya üslubunda yazılmışdır. Ü. Hacıbəyovun, Müslüm Maqomayevin öz əsərlərində simfonizmi fəal surətdə Azərbaycan musiqisinə gətirmələri, həmçinin simfonik janrda yazan yeni bəstəkar nəslinin (Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov və b.) yetişməsi simfonik muğamın yaranmasına rəvac verdi. İlk simfonik muğamlar 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılmış "Şur" və "Kürd ovşarı" idi. F. Əmirov bu əsərlərində muğamlardan geniş istifadə etmiş, onlara öz müəllif konsepsiyasını verərək yeni emosional məzmuna nail olmuşdur. O, əsl muğamın kompozisiya strukturunu saxlamış, bəzi hallarda xalq mahnılarından da istifadə etmişdir.
Şüştər (muğam)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı. == Etimologiya == Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür: 1. Say adları 2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları. 3.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir. İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir. == Festivalın məqsədi == Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması. == I — 2009 == === Muğama həsr olunmuş beynəlxalq elmi simpozium === 2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur. Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir. Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Birinci simfoniya
Birinci simfoniya (Qara Qarayev)
Doqquzuncu simfoniya
Doqquzuncu simfoniya (Motsart)
Dördüncü simfoniya
Dördüncü simfoniya (Part)
Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Üçüncü simfoniya
Üçüncü simfoniya (film, 1968)
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
Əbədiyyət (simfoniya)
"Əbədiyyət" — bəstəkar Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyasıdır. İlk dəfə 2004-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə, Ü.Hacıbəyov adına Azərbaycan Simfonik orkestrinin və solist Rəşidə Behbudovanın ifası ilə səslənmişdir. Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib. == Maraqlı fakt == Arif Məlikovun Ədəbiyyat qəzetinə müsahibəsindən: "Heydər Əliyev üzünü mənə tutub: "Arif, yaxşı olar ki, sən buranın (Məkkənin) əzəmətinə layiq böyük bir simfonik əsər yazasan" - dedi. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim.
Ağdam Muğam məktəbi
Ağdamın Xan Şuşinski adına Muğam məktəbi — 1985-ci ildən fəaliyyətə başlayıb. Yarandığı vaxtdan indiyə kimi məktəbə respublikanın Əməkdar Mədəniyyət İşçisi Rafiq Rüstəmli rəhbərlik edir. R.Rüstəmlinin 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir. Muğam məktəbi yüzlərlə sənətkar yetişdirib. Onlardan əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri republikamızın tanınmış, adlı-sanlı sənətkarlarıdır. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəridəki Q.Abbasov adına 284 saylı orta məktəbdə fəaliyyətini davam etdirir.
Beynəlxalq Muğam Mərkəzi
Beynəlxalq Muğam Mərkəzi — Bakıda, dənizkənarı Milli Parkda açılmış mədəniyyət mərkəzi. == Tarixi == 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam bilicilərinin iştirakı ilə "dəyirmi masa" keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı. Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.