Titanın sirenaları
Titanın sirenaları (ing. The Sirens of Titan) - Kurt Vonnequtun 1959-ci ildə nəşr olunmuş romanı.
"Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu Vinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır. Belə sadə təqdimatda görünməyən və yalnızca ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir.
Əslində əsərin adı bir qədər düşündürür, çünki hadisələrin ən əsas və maraqlı hissəsi Mars planetində cərəyan edir. Romanın adında isə ən əsas tərəf "Titan"dır. Titan isə Saturn planetinin peykidir.