Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
== Yayılması ==
Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır.
== Morfoloji əlamətləri ==
D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.