Travis Skat
Trevis Skott (Əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston) — amerikalı repçi, müğənni, musiqi yazıçısı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" daxil olmaqla bir çox mükafatlara layiq görülüb, həmçinin səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2020-ci ilə qədər ABŞ-də 40 milyondan çox albom satmağa nail olmuşdur.
Trevis 2012-ci ildə "Epic Records" ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı sıralarda qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.