SLAYD-AEROBİKA

is. \[ing. slide "sürüşdürmək, hərəkət etdirmək" + ing. aerobics\] idm. Uzunu 183 sm, eni 61 sm olan hamar bir yerdə xüsusi ayaqqabı geyinmiş idmançının konkisürənlərin etdiyi hərəkətlərə oxşar hərəkətlər edərək sürüşməsi.
SLAYD
SLAYD-ŞOU
OBASTAN VİKİ
Aerobika
Aerobika — ritmik musiqi ilə aerobik məşqlərdən ibarət olan gimnastikadır və təlimlərin ritmini izləməkdə kömək edir. == Haqqında == Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmiş təmrinlər sistemi. 2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmiş və musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrinlər kompleksi. Sağlamlıq və idman məqsədlərində istifadə olunur. Tərkib vasitələrinə yaş xüsusiyyətlərinə görə fərqlənən, alət və əşyalar tətbiq edilən, müxtəlif şəraitdə (zalda, stadionda, suda keçirilən) müxtəlif sistem və istiqamətlər və s. daxil edilir. 3. Bodibildinqdə - yarışlarda əzələlərin və venaların son hədd qabarıqlığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılması və maksimum səfərbər edilməsinə yönəlmiş orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasionar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında arası kəsilməz, yavaş və fasiləli qaçış məşğələ - təmrinləri daxildir.
İ̇dman aerobika
İdman aeorobikası—Aerobikanın müxtəlif növ məşğələlər sistemindən ayrılmış idman növü. Bura dövrlər üzrə gedən və getməyən xüsusiyyətli, plastik, mimik və başqa geniş dairədə gimrıastik məşğələlərin musiqi altında icrasından ibarət yarış fəaliyyəti aiddir. "Aerobika" sözü XX əsrin 60-cı illərində Amerika həkimi Kennet Kuper tərəfindən istifadə edilmişdir. 1963-cü ildə nəşr olunan "Aerobika" kitabında aerobik məşqlərin insan orqanizminə təsiri ilə bağlı araşdırmaların nəticələri təqdim edilmişdir. Yüngülləşdirilmiş ştanqla güc qabilliyyətinin və dözümlüyün tərbiyə edilməsini birləşdirən təmrinlərin yerinə yetirilməsi ilə aerobika növü. Təmrinlər başqa növlərdə olduğu kimi səciyyələndirilən arasıkəsilməz axın metodu və musiqi altında icra olunur. Yalnız yaxşı hazırlanmış adamlara məsləhət görülür. Uyğun musiqi altında müxtəlif rəqs hərəkətlərindən istifadə ilə tamamlanan aerobika növü. Bütün rəqslərin əsasında özünəməxsus caz texnikası hərəkətləri dayanır Rəqslər və ümumi hazırlayıcı gimrıastik təmrinlər qaməti düz saxlamağa, qarın və yan-sağrı əzələlərinin tonusunun yüksəldilməsinə kömək edir. Bədənin müxtəlif hissələri sanki bir-birindən asılı olmadan hərəkət edir.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — I Avropa Oyunlarında aerobika gimnastikası idman növü üzrə yarışlar 17, 19 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Qarışıq qrup yarışlarında qızıl medalı Macarıstan gimnastları qazandı. Gümüş medala Rumıniya nümayəndələri, bürünc medala İspaniya gimnastları layiq görüldü. Qarışıq cüt yarışlarında isə İspaniyalı Sara Moreno və Visente Li I Avropa Oyunlarının çempionu oldu. İtaliya gimnastları Miçela Kastoldi və Davide Donati gümüş medal, Rusiyalı Duxiq Janaziyan və Denis Solovyov isə bürünc medal qazandı. Ümumi yekunda, medal sıralanmasında İspaniya idmançıları 1 qızıl və 1 bürünc medalla 1-ci yeri tutdu.
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.

Digər lüğətlərdə