Aerobika
Aerobika — ritmik musiqi ilə aerobik məşqlərdən ibarət olan gimnastikadır və təlimlərin ritmini izləməkdə kömək edir.
== Haqqında ==
Dözümlülüyün təzahürü ilə bağlı olub dövrlər üzrə gedən idman növlərində (qaçış, yeriş, üzgüçülük, avarçəkmə, velosipedsürmə, xizəklərdə, konkilərdə sürüşmə) ürək-damar və tənəffüs sistemlərinin funksional imkanlarının yüksəlməsinə yönəlmiş təmrinlər sistemi.
2. Məşğul olanların fiziki hazırlığının yüksəlməsinə yönəlmiş və musiqi sədaları altında icra olunan müxtəlif fiziki təmrinlər kompleksi. Sağlamlıq və idman məqsədlərində istifadə olunur. Tərkib vasitələrinə yaş xüsusiyyətlərinə görə fərqlənən, alət və əşyalar tətbiq edilən, müxtəlif şəraitdə (zalda, stadionda, suda keçirilən) müxtəlif sistem və istiqamətlər və s. daxil edilir.
3. Bodibildinqdə - yarışlarda əzələlərin və venaların son hədd qabarıqlığını nümayiş etdirmək marağı ilə dərialtı piyin yandırılması və maksimum səfərbər edilməsinə yönəlmiş orqanizmin aerob məhsuldarlığının yüksəlməsinin metod və vasitələrinin məcmusu. Bura stasionar velotrenajorlarda, qaçan cığırlarda, xizək və avarçəkmə trenajorlarında arası kəsilməz, yavaş və fasiləli qaçış məşğələ - təmrinləri daxildir.