SOF

Strength of Function Təhlükəsizlik funksiyasının dayanıqlığı
Social engineering
Software piracy
OBASTAN VİKİ
Daydar-e Sofla (İcrud)
Daydar-e Sofla (fars. دايدارسفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (18 ailə).
Dördqanad sofora
Dördqanad sofora (lat. Sophora tetraptera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
GT Interactive Software Corp.
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.
Gearbox Software
Gearbox Software — kompüter və videooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir. Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar. Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.
Gombulmeyvə sofora
Gombulmeyvə sofora (lat. Sophora pachycarpa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Yeraltı hissəsi güclü inkişaf edərək, kökləri üfüqi istiqamətdə böyüyür. Gövdəsinin hündürlüyü 60 sm, yuxarıya doğru böyüyərək düzgün budaqlanan, ipəkvari tükcüklərdən və güclü inkişaf edən yarpaqlardan ibarətdir. Cüt olmayan yarpaqlarının uzunluğu 18 sm, ellipsşəkilli yarpaqlarının uzunluğu 1-2 sm, eni 0,3-0,9 sm sıx tükcüklü olub, bitki bütünlüklə sarımtıl-yaşıl rənglidir. Uzunsov-sümbülşəkilli çiçək qrupuna aid olub, zirvədə yerləşən çiçəklərin uzunluğu 7-25 sm-ə bərabərdir. Kəpənəyəbənzər çiçəklərin uzunluğu 1,5 sm, tacı sarımtıl və ya ağımtıl rəngli olur. Dolğun, şişman meyvələri qara rəngli, silindrik, uzunluğu 2-5 sm, eni 0,7-0,9 sm olmaqla, demək olar ki, gərilmişdir. Toxumları böyrəkvari-yumurtaşəkilli, diametri 0,1-0,5-0,6 sm, tünd-qəhvəyi və ya qara rəngli olub, hamar və parlaqdır.
Illusion Softworks
2K Czech — mərkəzi Çexiyada yerləşən şirkət, Videooyun yaradıcısı. 1997-ci ildə Illusion Softworks adı ilə qurulmuşdur.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib. Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.
Krisalis Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Levski Sofiya PFK
Bolqarsıtanın Sofiya şəhərini təmsil edən "Levski" 24 may 1914-cü ildə yaradılıb. Komanda ev oyunlarını 29980 azarkeş tutumu olan Georgi Asparuhov adına stadionda keçirir. "Levski"nin prezidenti Nasko Sirakov, baş məşqçisi isə Stanimir Stoilovdir. 26 dəfə Bolqarıstan çempionu olub - 1933, 1937, 1942, 1946, 1947, 1949, 1950, 1953, 1965, 1968, 1970, 1974, 1977, 1979, 1984, 1985, 1988, 1993, 1994, 1995, 2000, 2001, 2002, 2006, 2007, 2009. 26 dəfə ölkə kubokunu qazanıb - 1942, 1946, 1947, 1949, 1950, 1956, 1957, 1959, 1967, 1970, 1971, 1976, 1977, 1979, 1982, 1984, 1986, 1991, 1992, 1994, 1998, 2000, 2002, 2003, 2005, 2007. 3 dəfə Superkuboku başı üzərinə qaldırıb - 2005, 2007, 2009 3 dəfə SSRİ Ordu Kubokunun qalibi olub - 1984, 1987, 1988. 13 dəfə ölkə çempionatında ikinci yeri tutaraq gümüş medal qazanıb - 1942, 1946, 1947, 1949, 1950, 1970, 1977, 1979, 1984, 1994, 2000, 2002, 2007 2 dəfə ölkə çempionatında üçüncü yeri tutaraq bürünc medal qazanıb - 1984, 2007. İki dəfə UEFA Kubokunun 1/4 finalında çıxış edib - 1976/1977, 2005/2006, 1969/1970, 1975/1976, 1986/1987. 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edib - 2006/2007.
Lokomotiv Sofiya PFK
Lokomotiv - Bolqarıstannın futbol klubu. 2 sentyabr 1929-cu ildə yaranıb. 12 dəfə Avropa kuboklarında iştirak edib.
Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri. Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi. Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı. Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur. Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir.
Müqəddəs Sofiya kafedralı (Polotsk)
Müqəddəs Sofiya kafedralı (belar. Полацкі Сафійскі сабор; rus. Собор Святой Софии в Полоцке) — Belarus respublikasının Polotsk şəjərində kafedral. Kafedral şahzadə Vseslav tərəfindən 1044-1066 illəri arasında tikdirilmişdir. Polota və Qərbi Dvina çaylarının şəhərin şərq tərəfindəki qovuşduğu yerdə yerləşir və bəlkə də Belarusiyadakı ən qədim kilsədir. Kafedral, Kiyevdəki və Novqoroddakı kimi, Allahın Müqəddəs Hikmətinin adını daşıyır. Öz kafedralını qurduqdan sonra izqoy knyazı olan Vseslav Kiyev taxtını ələ keçirməyə çalışdı. Lakin bu cəhdi uğusuzluqla nəticələnir və ətrafdakı ərazilərə basqın etməyə başlayır. 1067-ci ildə Böyük Novqoroda basqın edir və Müqəddəs Sofiya Kafedralını qarət edərək öz kafedralını bəzəmək üçün bir zəng və digər qənimətlər gətirir. Kafedral XI-XVIII əsrlər arasında əhəmiyyətli dərəcədə yenidən qurulmuş və ciddi şəkildə dəyişdirilmişdir.
Müqəddəs Sofiya kilsəsi (Oxrid)
Müqəddəs Sofiya kilsəsi (mak. Црква Света Софија, Crkva Sveta Sofija) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq fəaliyyət göstərən üç nefli orta əsrə aid kilsə. Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikili IX və ya XI əsrlərdə tikilmiş ola bilər. Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır. Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur.
Məhəd Sofiyev
Məhəd Mahmud oğlu Sofiyev ( ) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. 1932-ci ildə anadan olmuşdur. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır. 1957-ci ildən Tbilisi şəhərində nəşr olunan "Şərqin şəfəqi" qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Qardabani rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir. 1961–1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur. 1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən professor elmi adına layiq görülmüşdür. 1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır.
Məhəmməd Sofian Bucaca
Məhəmməd Sofian Bucaca (8 noyabr 1983) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. Məhəmməd Sofian Bucaca Əlcəzairi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Naib Sofu Mehmed Paşa
Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından Rumeli və Sivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu.
Noxudyarpaq sofora
Sophora davidii (lat. Sophora davidii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.
Nuh bəy Sofiyev
Nuh bəy Abbasqulu bəy oğlu Sofiyev (rus. Ной Аббаскулиевич Софиев; 1884—1920-ci ildən sonra) — Rusiya İmperator Ordusunun, daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti. Nuh bəy Sofiyev 1884-cü ildə Tiflis quberniyasının Borçalı-Qarayazı bölgəsində anadan olub. Birinci Dünya müharibəsində iştirak edib, Tatar süvari alayında vuruşub. (1915-ci ildə ştabs-kapitan rütbəsini daşıyırdı) 1918-ci ildə podpolkovnik Nuh bəy Qafqaz İslam Ordusunun Qarayazı süvari alayının komadiri olaraq, Bakı döyüşündə iştirak edib. Bolşevik-daşnak qüvvələrinə və ingilislərə qarşı döyüşlərdə iştirak edib. Döyüşlərdən sonra Osmanlı dövlətinin 5-ci qılınclı Məcidiyyə ordeni və Hərb medalına layiq görülüb. Hərbi Nazirliyin zabit heyətinin 1918-ci ilin noyabr ayının əvvəllərində hərbi hissələr üzrə üzləşmə siyahılarında “podpolkovnik” hərbi rütbəsində Süvari diviziyasının 1-ci Tatar süvari alayında həqiqi hərbi xidmətdə olduğu qeyd edilib. 18 dekabr 1918-ci il tarixdə Hərbi nazirin 24 №-li əmri ilə Süvari diviziyasının 2-ci Qarabağ süvari alayı komandirinin müavini vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Hərbi nazirin 19 fevral 1919-cu il tarixli 82 №-li əmri ilə 1-ci Tatar süvari alayının fəxri siyahılarında saxlanılmaqla 13 fevral 1919-cu il tarixdən 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayının komandiri vəzifəsinə təsdiq olunub.
Oxrid Müqəddəs Sofiya kilsəsi
Müqəddəs Sofiya kilsəsi (mak. Црква Света Софија, Crkva Sveta Sofija) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq fəaliyyət göstərən üç nefli orta əsrə aid kilsə. Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikili IX və ya XI əsrlərdə tikilmiş ola bilər. Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır. Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur.
Pərixan Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
Pərixanım Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
SOFAZ Tower
SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir. 20 dekabr 2011-ci ildə N. V. Besix S. A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N. V. Besix S. A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir. Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M. D. M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır.
Teque Software
Teque Software (əvvəllər Krisalis Software) — videooyun istehsalçısı və nəşrçisi. Studiya 1987-ci ildə Toni Kavana, Piter Harrap və Şon Hollinqvort tərəfindən yaradılmışdır. Şirkətin adı "Chrysalis Software Ltd." olacaqdı, ancaq yaranmış hüquqi mübahisədən sonra dəyişdirilmişdir. Studiya 2001-ci ilin aprel ayında yenidən strukturlaşdırlmış və orijinal "Teque Software" adını işlətmişdir. Teque Software" 60-dan çox videooyun üstündə işləmiş, 30 noyabr 2001-ci il tarixində bağlanmışdır.
Yerusəlimli Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur. O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir.