Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atsuşi Yanaqisava
Atsuşi Yanaqisava (d. 27 may 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 17 qol vurub.
Aşağı Yanaqtay (Baltas)
Aşağı Yanaqtay (rus. Нижнеянактаево, başq. Түбәнге Янаҡтай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yuxarı Yanaqtay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 5 km., kənd sovetliyindən (Yeni Yamurza): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 78 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (69%), başqırdlar (30%) üstünlük təşkil edir.
Hiroşiqe Yanaqimoto
Hiroşiqe Yanaqimoto (15 oktyabr 1972, Hiqaşiosaka, Osaka prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib.
Miyuki Yanaqita
Miyuki Yanaqita (d. 11 aprel 1981) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 91 oyun keçirib, 11 qol vurub.
Yuxarı Yanaqtay (Baltas)
Yuxarı Yanaqtay (rus. Верхнеянактаево, başq. Үрге Янахтай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Yuxarı Yanaqtay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 6 km., kənd sovetliyindən (Yeni Yamurza): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 76 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Marilər (88%) üstünlük təşkil edir.
Yanaqimori məbədi
Yanaqimori məbədi (柳森神社, Yanaqimori-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Kanda çayının və Akihabara bölgəsinin yaxınlığında yerləşir. == Tarixi == Yanaqimori məbədi 1457-ci ildə Ota Dokan tərəfindən tikilmişdir. O, həmçinin Edo qəsrini tikdirmiş və dizayn etmişdir. Məbəd keçmiş qəsrin şimal-şərqində tikilmişdi. Ota Dokan burada pis hislərin qarşısını aldığına inanılan söyüd ağacları əkdirmişdir. Məbədin adının yapon dilindən tərcümədə "söyüd ağacı məbədi" mənasını verməsinin səbəbi budur. Məbəd qurulanda Kiotoda yerləşən Böyük Fuşimi İnari məbədinin qolu kimi qurulmuşdur.Məbəd əvvəlcə İnarinin simvolu olan kitsunelərə həsr olunsa da, XIX əsrin sonundan etibarən tanukilərlə assosiasiya olunmağa başlanmışdır. Belə ki, XVII əsrdə şoqun Tokuqava Tsunayoşinin anası Keyşoin Edo qəsrində tanuki tanrısı Fukucu-inariyə həsr olunmuş məbəd tikdirmişdir. Bu məbəd onun nəvəsi Tokuqava İenobunun diqqət mərkəzində olmuşdur.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir.
Yanşaq
Yanşaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kənd inzibati ərazi dairəsində kənd.== Tarixi == Yanşaq kəndi, Azərbaycanın tarixi qədim kəndlərindən biridir. Yanşaq kəndi əhalinin təhsil səviyyəsinə görə yüksək faiz göstəricisinə malikdir. Əhalisinin əksəriyyəti Ayrım tayfalarından gəlmədir.{{mənbə yoxdur|22|12|17}} (Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür.) — Oğuz xaqan dastanına görə 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabına görə 24 oğuz boyunun 11-si. Yanşaq qədim turk dillərində və Azərbaycan dilinin dialektlerinde "aşıq" deməkdir. Yanşaq kənd icra nümayəndəliyine Yanşaq, Yanşaq binə, Zallar kəndləri daxildir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. == Həyatı == Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Quru yataq
== Quru yataq == Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330-600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490-2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Xanaq şəlaləsi
Xanaq və ya Xuçnin Dağıstan Respublikası ərazisində şəlalə. Şəlalə təbiət abidəsidir. Şəlalə Dağıstanın Tabasaran rayonunda, Xanaqçay üzərində yerləşir. Dəniz səviyyəsindən 650 metr yüksəklikdədir. Şəlalə rayon mərkəzi Xunçidən 2 km şimal-qərbdədir. Ərazinin ən soyuq ayı – yanvar ( orta aylıq temperatur -1,3°С). Ən yüksək temperatur isə iyulda olur və orta aylıq ən yüksək göstərici +22,5°С-dir. Mütləq minimum -26°С, mütləq maksimum – +38°С-dir.Şəlalənin hündürlüyü təxminən 30 metrdir. İki kaskaddan ibarətdir. Şəlalənin töküldüyü yerdə kiçik göl formalaşıb.
Yanan adam
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. == Tarixi == Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. == Mənbə == Yanan adam festivalı keçirilir.
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. == Xüsusiyyətləri == Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən "sualtı qayadan qalxan od"dan söz açaraq yazır.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilirDünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). == Toponimikası == Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yasaq şəhər
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Yataq axını
Yataq axını – (rus. русловый поток, ing. stream, course) ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meylliyindən asılı olmayaraq bütün su axınlarını /çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq erozi­yası – (rus. русловая эрозия, ing. channel erosion) əsasən daşqın və sel za­manı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Yataq prosesi
Yataq prosesi – (rus. русловый процесс, ing. channel processes) axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın mor­foloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
Çanaq (dəqiqləşdirmə)
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Çanaq (Əhər)
Çanaq — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsində, Gərmadüz kəndistanında, Kəlibər qəsəbəsindən 36 km simal-şərqdədir.