1. SORUŞMAQ [Zabit:] Siz iranlısınız? – deyə soruşdu (M.S.Ordubadi); XƏBƏR ALMAQ Xəbər alsan bu vilanın əhvalın; Bir özgədir keyfiyyəti-Qarabağ (Q.Zakir); SORMAQ Mənim söyləməyə gəlməyir dilim; Olub-keçənləri sorma, sevgilim (Ə.Cəmil); SUAL ETMƏK Bir neçə vaxt keçəndən sonra Qurbanqulu bibisindən, söhbət əsnasında adaxlısının necə olduğunu sual edir.. (T.Ş.Simürğ).
2. soruşmaq bax dindirmək