Aminturşuların sorulması
Qida maddələrinin həzm orqanlarının selikli qişasını örtən bioloji membranlardan qana və ya limfaya keçməsi sorulma
adlanır. Qida maddələrinin həzm sistemində sorulmasının mühüm bioloji əhəmiyyəti vardır. Mədənin selikli qişas-
ında cüzi miqdarda duzlar, monosaxaridlər, spirt və su sorulur. Nazik bağırsaq yüksək soruculuq qabiliyyətinə malikdir.
Orqanizm tərəfindən mənimsənilən qidanın 70–80% nazik bağırsağın selikli qişasında sorulur. Selikli qişadakı xovların
səthi xeyli böyükdür. Məhz ona görə də nazik bağırsaqda sorulma mütənasib və sürətli gedir. Aminturşular nazik bağırsaqda
sorulur. Aminturşuların zülala keçməsində bəzi maddələrin təsiri ilə öyrənilmişdir. Məsələn, üzvi maddələrdən 2,4 — dinitrofenol aminturşuların nazik bağırsaqda sorulmasını zəiflədir.