Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aminturşuların sorulması
Qida maddələrinin həzm orqanlarının selikli qişasını örtən bioloji membranlardan qana və ya limfaya keçməsi sorulma adlanır. Qida maddələrinin həzm sistemində sorulmasının mühüm bioloji əhəmiyyəti vardır. Mədənin selikli qişas- ında cüzi miqdarda duzlar, monosaxaridlər, spirt və su sorulur. Nazik bağırsaq yüksək soruculuq qabiliyyətinə malikdir. Orqanizm tərəfindən mənimsənilən qidanın 70–80% nazik bağırsağın selikli qişasında sorulur. Selikli qişadakı xovların səthi xeyli böyükdür. Məhz ona görə də nazik bağırsaqda sorulma mütənasib və sürətli gedir. Aminturşular nazik bağırsaqda sorulur. Aminturşuların zülala keçməsində bəzi maddələrin təsiri ilə öyrənilmişdir. Məsələn, üzvi maddələrdən 2,4- dinitrofenol aminturşuların nazik bağırsaqda sorulmasını zəiflədir.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Şorbulaq
Şor Bulaq (Xoy) —
Şorbulaq (Germi)
Şorbulaq (fars. شوربلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (38 ailə).
Aşağı Şorbulaq (Puldəşt)
Aşağı Şorbulaq (fars. شوربلاغ سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (97 ailə).
Yuxarı Şorbulaq (Puldəşt)
Yuxarı Şorbulaq (fars. شوربلاغ عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 449 nəfər yaşayır (82 ailə).