SPAM

is. \[ing. spam\] Kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumat. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir.
SPA-PROSEDUR
SPAMER
OBASTAN VİKİ
Spam
Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir. Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür. Hazırda elə spam göndərən yoxdur ki, o öz ünvanını və göndərmə yerini gizlətməsin. SPAM sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. SPAM – Hornel Foods şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Spam – 1920-30-cu illərdə çox məşhur olan ət konservlərinin adıdır. Spam ingiliscə SPices hAM – "istiotlu vetçina" (qaxac edilmiş donuz əti) kimi izah edilir. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada istehlak edilən məhsula çevirmişdir.

Digər lüğətlərdə