Spektrofotometriya
Spektrofotometriya – spektrin ultrabənövşəyi, görünən və infraqırmızı hissələrinə əsaslanaraq maye və bərk maddələrin fiziki-kimyəvi tədqiqat metodu. Müxtəlif birləşmələrin (komplekslərin, boyaların, analitik reagentlərin və b.) quruluşunu və tərkibini, maddələrin kəmiyyət və keyfiyyətini təyin etmək üçün Spektrofotometriyadən geniş istifadə olunur. Spektrofotometriyada istifadə olunan cihaz spektrofotometr adlanır.