Der Spiegel
Der Spiegel, "Şpigel" (azərb. Güzgü) — Hamburqda nəşr olunan Almaniyanın ən məşhur həftəlik jurnallardan biri. Jurnal özünü "Almaniya və Avropada ən böyük tirajlı məlumatlandırıcı-siyasi jurnalı" hesab edir. Orta hesabla həftədə təxminən 1,1 milyon nüsxə satılır. 2004-cü ildə jurnal 5,69 milyon insanı oxumuşdur.
== Tarixi ==
Hələ Birinci Dünya müharibəsindən əvvəl Münhendə Lion Feyxtvanger 1908-ci ilin noyabrında Ziqfrid Yakobsonun "Şaubyune" qəzeti birləşən Der Spiegel adlı bir qəzet nəşr etmişdir.
İkinci Dünya Müharibəsindən sonra ilk nəşr 4 noyabr 1947-ci ildə, Hannoverdə, Diese Woche qəzetinin varisi olaraq nəşr olundu. Jurnal ilk növbədə "Time" jurnalındakı Amerika və Britaniya xəbərlərinin nəşrlərini izlədi. Bir müddət Rudolf Augşteynin rəhbərliyi altında gənc alman redaktorları işlərini tənqidi və ciddi jurnalistikanın prinsipləri ilə yerinə yetirməyə çalışdılar ki, ittihamlar hətta müttəfiqlərə (birinci və ikinci dünya müharibəsində Almaniya opponentlərinə) ünvanlanmışdı. Londonda hökumət və digər üç işğalçı qüvvə bu informasiya formasına etiraz etdi və jurnalın nəşri dayandırıldı.