Stadttempel
Ştadttempel (almancadan tərcümədə "şəhər məbədi") və ya Seitenstettengasse Məbədi — Avstriyanın paytaxtı Vyana şəhərinin əsas sinaqoqudur. Ərazi Qədim şəhərdə, Seitenstettengasse 4-də yerləşir.
Sinaqoq 1824–1826-cı illərdə tikilmişdir. Dəbdəbəli Stadttempel, bir ev blokunun içinə yerləşdirilimiş və prospektin açıq mənzərəsindən gizlədilmişdir. Çünki İmperator II İosif tərəfindən verilən qərara görə yalnız Roma Katolik ibadət yerlərinin ictimai prospektlərə açıq bir fasadda tikilməsinə icazə verilirdi.
Bu sərəncam 1938-ci ilin noyabr ayında Kristal gecə zamanı sinaqoqu tamamilə məhv olmaqdan xilas etdi, çünki sinaqoq yerləşdiyi binaları yandırmadan məhv edilə bilməzdi. Nasistlər Vyanadakı digər 93 sinaqoq və yəhudi ibadət evlərini dağıtdığından Stadttempel şəhərdəki İkinci Dünya Müharibəsindən sağ çıxmış yeganə sinaqoq idi.
1950-ci ilin avqustunda, Teodor Herzl və valideynlərinin tabutları, İsraildə dəfn edilmədən əvvəl sinaqoqda nümayiş olundu.
1981-ci il Vyana sinaqoquna edilən hücumda, sinaqoqdakı bir bar mitzvah mərasimində olan iki nəfər Fələstinli ərəb terrorçularının sinaqoqa pulemyot və əl bombaları ilə hücum etməsi nəticəsində öldürüldü və otuz nəfər yaralandı.
Bu gün sinaqoq, təxminən 7000 üzvü olan Vyana Yəhudi Birliyi üçün əsas ibadət evidir.