Stein

der; -(e)s, -e 1. daş; aus ~ daşdan; 2. (Kern) çəyirdək; fig. j-m ~e in den Weg legen bir kəsə əngəl törətmək; F e-n ~ ins Rollen bringen işi yoluna salmaq, -i hərəkətə gətirmək; fig. ein ~ fällt mir vom Herzen ürəyimə su səpildi, indi rahat oldum
Steilhang
Steinadler
OBASTAN VİKİ
Mikania steinbachii
Mikania steinbachii (lat. Mikania steinbachii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Neoseiulus steinerae
Neoseiulus steinerae (lat. Neoseiulus steinerae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Steins;Gate
Steins;Gate (シュタインズ・ゲート, Shutainzu Gēto, azərb. Şteyns darvazası‎) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV, Sōtei Kagaku ADV) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali Amerika və Avropada satışa çıxarmışdır.
Steins;Gate: Fuka Ryōiki no Déjà vu
Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎) — White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır. Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif Dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır.
Steins;Gate: Load Region of Déjà Vu

Steins;Gate 0
Steins;Gate 0 (シュタインズ・ゲート ゼロ, Shutainzu Gēto Zero) — 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman. 10 dekabr 2015-ci ildə PlayStation 3, PlayStation 4 və PlayStation Vita platformaları üçün yayımlanmışdır (24 iyun 2016-cı ildə Yaponiyada oyunun PC versiyasının yayımlanması planlaşdırılmışdır). "Steins;Gate 0" "Steins;Gate" oyununun midkvelidir. 2018-ci ildə anime adaptasiyası yayımlanmışdır. 25 noyabr 2016-cı ildə Avropada, 29 noyabr 2016-cı ildə Şimali Amerikada PS4 və PS Vita platformalarında buraxılmışdır. "Steins;Gate 0"-in geympleyi oyunun çox hissəsində oyunçudan çox az qarşılıqlı təsir tələb edir. Oyunçu oyunu oynarkən vaxtının çoxunu ekranda müxtəlif personajlar arasındakı dialoqları və personajların şəxsi fikirlərini oxumaqla keçirir. Qərar vermə anları üçün "Steins;Gate 0"-da "Steins;Gate"-dən daha fərqli "telefon tətiyi" (フォーントリガー, fōn torigā) sistemi istifadə olunmuşdur. "Steins;Gate 0"-da oyunçu RINE tətiyi (RINEトリガー, rain torigā) sistemi ilə tanış olmuşdur.
Steins;Gate seriyalarının siyahısı
Steins;Gate seriyalarının siyahısı — 2011-ci ildə yayımlanmış anime serialı "Steins;Gate"-in seriyalarının siyahısı. "Steins;Gate" 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş eyniadlı vizual romanın anime adaptasiyasıdır. Anime serialı Rintaro Okabe adlı çılğın alimin dostları ilə keçmişə mesaj göndərə bilən mikrodalğalı soba ixtira etməsindən və müxtəlif zaman xətlərində səyahət etməsindən bəhs edir. White Fox studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2011-ci ildən 13 sentyabr 2011-ci ilə qədər yayımlanmışdır və Crunchyroll vasitəsilə göstərilmişdir. 22 fevral 2012-ci ildə sonuncu BD/DVD cildi ilə bir OVA seriyası da buraxılmışdır. Funimation Entertainment serialın seriyalarını Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Anime serialında iki parça mahnıdan istifadə edilmişdir; açılış mahnısı "Hacking to the Gate" (Kanako İto), bağlanış mahnısı "Toki Tsukasadoru Jūni no Meiyaku" (刻司ル十二ノ盟約) (Yui Sakakibara) olmuşdur. 23-cü seriyada vizual romanın Xbox 360 üçün olan versiyasında açılış mahnısı olan və Kanako İto tərəfindən ifa olunan "Skyclad no Kansokusha" (スカイクラッドの観測者, Sukaikuraddo no Kansokusha) mahnısından istifadə edilmişdir. IBM-nin əməkdaşlığı "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlanan və 4 qısa seriyadan ibarət OVA serialı çəkilmişdir.
Steinway
Steinway & Sons, qısaca Steinway — məşhur alman və amerikalı əl istehsalı piano istehsalçısı.
Steinway & Sons
Steinway & Sons, qısaca Steinway — məşhur alman və amerikalı əl istehsalı piano istehsalçısı.
Steins;Gate Elite
Steins;Gate Elite (シュタインズ・ゲート エリート, Shutainzu Gēto Erīto) – 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur. Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir. "Steins;Gate Elite" elmi fantastika janrında olan vizual roman və interaktiv film oyunudur. 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır. "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq tam animasiya olunmuşdur.