Stelle

die; -, -n 1. (Arbeitsstelle) iş yeri; 2. (Behörde) idarə, büro, müəssisə; 3. (Posten) vəzifə, iş; staatliche ~ rəsmi iş, dövləti iş; 4. (Textstelle) fəsil; hissə; 5. (Punkt) nöqtə; an ~ von bir kəsin/bir şeyin yerinə (əvəzinə); an die ~ G treten in yerinə keçmək; auf der ~ 1. yerində; 2. (sofort) o dəqiqə, bu dəqiqə, bu saat, dərhal, cəld; nicht von der ~ weichen tərpənməmək, yerində qalmaq; ich an deiner ~ sənin yerində olsam; fig. an erster ~ stehen ən mühüm (önəmli) olmaq, əhəmiyyətli olmaq; ohne ~ sein işsiz olmaq; e-e ~ suchen iş axtarmaq
Stelldichein
stellen
OBASTAN VİKİ
Artemisia stelleriana
Artemisia stelleriana (lat. Artemisia stelleriana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Hydrodamalis stelleri
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Rhytina stellerus

Steller qarabatdağı
Steller qarabatdağı, və ya Eynəkli qarabatdaq (lat. Phalacrocorax perspicillatus) — Qarabatdaqlar fəsiləsinə daxil olan, nəsli kəsilmiş quş növü. Bu canlılar əsasən Berinq dənizinin Berinq və Ariy Kamen adalarında yayılmışdırlar. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkidi 6 kq təşkil edirdi. Qara təngdə olub üzərindən bürünc xətt keçir. Erkəklərin gözləri ətrafında sanki eynək vardır. Əsasən qayalıqlı ada sahillərində yerləşirdilər. Olduqca ləng idilər.
Stellerit
Stellerit – Ca [AlSi3O8]2 · 7H2O — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Əvvəllər stelleritə düzbucaqlı lövhəcik habituşlu stilbitin morfoloji növ müxtəlifliyi kimi baxılırdı. Hazırda o, kalsium və silisiumla zəngin stilbit-stellerit fasiləsiz izomorf sırasının son üzvü sayılır. Müstəqil mineral növü hesab edilir. Rəng – rəngsiz, ağ, çəhrayımtıl - ağ; Mineralın cizgisinin rəngi – açıq rəngli; Parıltı – sədəfi, tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,1; Sərtlik – > 3; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: lövhəvarı; Mineral aqreqatları: çox parçalanmış lövhə şəkilli əmələgəlmələr. Hidrotermal damarlarda rast gəlir. Birlikdə rast gəldiyi minerallar: kalsit, stilbit, epistilbit. Mineralın tapıldığı yerlər: Berinq dənizində Miss adası (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqazın Şimal-Şərq hissəsində Gəncəçayın sol sahilində Qırıqlı kəndi yaxınlığında tapılmışdır.