SUAŞIRAN

axının məcrasında yerləşən və üzərindən su axıb tökülən maneə (astana). Yalında (qurğunun yuxarı kənarında) xüsusi düzəldilmiş basqısız deşik və ya gözdən su axıb tökülən divar da S. adlanır. Meliorasiya və hidrotexnikada külli miqdarda su buraxmaq hidrometriyada isə kiçik su sərflərini ölçmək üçün tətbiq edilir. Divarın uzununa profilinin görünüşünə görə nazik divarlı, praktiki (təcrübi) profilli və enli astanalı məcrada yerləşməsinə və yalının planda görünüşünə müvafiq olaraq düz, çəp, əyrixətli və s. S.-lar var. Suyun axıb-tökülmə şəraitinə görə S.-lar vakumlu, vakumsuz, yandan sıxılan, yandan sıxılmayan, suya batmış və batmamış olur.
SUALTI TƏDQİQATLAR GƏMİSİ
SUAŞIRAN BƏND
OBASTAN VİKİ
Suaşıran
Suaşıran — axının məcrasında yerləşən və üzərindən su axıb tökülən maneə (astana). Yalında (qurğunun yuxarı kənarında) xüsusi düzəldilmiş basqısız deşik və ya gözdən su axıb tökülən divar da suaşıran adlanır. Meliorasiya və hidrotexnikada külli miqdarda su buraxmaq, hidrometriyada isə kiçik su sərflərini ölçmək üçün tətbiq olunur. Divarın uzununa profilinin görünüşünə görə nazik divarlı, praktiki (təcrübi profilli və enli astanalı, məcrada yerləşməsinə və yalının planda görünüşünə müvafiq olaraq düz, çəp, əyrixətli və s. suaşıranlar var. Suyun axıb tökülmə şəraitinə görə suaşıranlar vakuumlu, vakuumsuz, yandan sıxılan, yandan sıxılmayan, suya batmış və batmamış olur.

Digər lüğətlərdə