Suluxəngəli
“Yemək növü” mənasında Çəmbərək şivəsində işlənir. (10, 338)
Mürəkkəb quruluşa malik olan bu xörək adı kök + şəkilçi + kök + şəkilçi modeli əsasında formalaşmışdır. Bu xəngəlin suyu da içildiyinə və qaynadılmış suyu ilə birlikdə yeyildiyinə görə belə ad almışdır.