SURƏT

1. SURƏT (ədəb.) Axundovun.. “Müsyö Jordan” komediyası, onun əsas surətləri, müəllifin Müsyö Jordana münasibəti haqqında xeyli yazılmışdır (C.Cəfərov); XARAKTER M.F.Axundzadə komediyaları böyük ictimai məsələləri əhatə edir, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi (M.İbrahimov); OBRAZ M.F.Axundzadə öz pyeslərində mənfi obrazlarla yanaşı, bir qayda olaraq müsbət qəhrəmanlar da yaratmışdır (M.Məmmədov); PERSONAJ Cabbarlı öz personajlarının işini və vəzifəsini onların zəngin daxili aləmlərindən ayırmır.. (M.Arif); TİP Məsələn, Mirzə İbrahimovun Məmişov, Sabit Rəhmanın Kərəmov tiplərini alaq.. (M.Rahim).

2. SURƏT Miss Hanna bunu söylərkən teleqramın surətini çıxardı (M.S.Ordubadi); KOPİYA [Miss Hanna:] ..teleqramın Təbrizə göndərilən kopiyasının bir nüsxəsini ələ keçirmişik (M.S.Ordubadi); ÜZ (məc.) Bahadır: Hər halda, kağızın üzü məndə (N.Nərimanov).

3. surət bax üz

4. surət bax şəkil 1

SUP
SURSAT
OBASTAN VİKİ
Surət Hüseynov
Surət və ya Sürət Hüseynov (12 fevral 1959, Kirovabad – 31 iyul 2023, İstanbul) — Azərbaycanlı siyasətçi və sahibkar; Azərbaycan Respublikasının 4-cü baş-naziri, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991); Azərbaycan Respublikası Baş nazirinin müavini (1992–1993), Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun korpus komandiri (1992–1993), polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994). Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət etmişdir. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləmişdir. 1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir. 31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib. Gəncədə dəfn olunacağı açıqlanıb. 2 avqust 2023-cü ildə Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Əşya surəti
Əşya surəti- Bədii əsərdə qeyri-insani varlıqların (ev, məişət avadanlığı və s.) əlamətlərinin ümumiləşmiş şəkildə verilməsinə əşya surəti deyilir. Əşya surəti, hər şeydən əvvəl bədii əsərin əsas oobyektinə- insan həyatında onunla əlaqədar hadisələrə tabe edilir. "Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli genbol bir imarət idi. Bundan başqa, evin baş tərəfində üç, balaca otaqdan ibarət qədim bir tikili vardı. Bu Hüseynqulu ağanın babsından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu". Əşya surəti oxucuya əsərdəki əsas surətlərin həyat tərzini, zövqünü, marağını, başqalarına münasibətini, eləcə də müxtəlif dövrlərdə adamların yaşayış tərzini öyrənməyə, dərk etməyə imkan verir. Heyvan surəti, bədii əsərdə əşya surətlərindən başqa heyvan surətləri də verilir.Məsələn Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində Şəbdiz,Gülgün, "Koroğlu" dastanında Qırat, Dürat, "Məlikməmməd" nağılında Zümrüd quşu, "Ağ atlı oğlan" nağılında aslan , quş, at, "Qaçaq Nəbi" dastanında Boz at, A.Şaiqin "Köç" hekayəsində Qızıl it və s. Azərbaycan ədəbiyyatında heyvan surətlərinin səciyyəvi nümunələridir.

Значение слова в других словарях