Svanet itburnusu
Svanet itburnusu (lat. Rosa oplisthes) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Qafqazda, Gürcüstanda, Azərbaycanda, Cənubi Asetiyada təbii halda yayılmışdır.
Botaniki təsviri: Hündürlüyü 1-1,5 m-ə qədər çatır. Yarpaqları ellipsvari, kənarları tikanlı, çıxıntılı qarşıqarşıya düzülmüş, uzunluğu 2,6 sm, eni 3,2 sm-ə çatır. Yarpaqları üst tərəfdən tünd yaşıl, alt tərəfdən açıqdır. Çiçəkləri ağ və ya açıq qırmızı rəngdə olur, 4-8 ləçəkdən ibarətdir. İldə bir dəfə, yazda və ya yayda çiçəkləyir. Meyvələri iyul, avqust aylarında yetişir. Meyvəsinin uzunluğu 1,8-2,3 sm, eni 1,4-1,6 sm-ə çatır, ellipsvari üzəri açıq qırmızıdan, tünd qırmızıyadək dəyişir.