sübh
sübh-şam 2021
OBASTAN VİKİ
Sübh
Sübh (Neftçala)
Sübh (Neftçala)
Sübh — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sübh qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Sübh kəndi adlandırılmışdır.
Sübh (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Sübh azanı
Sübh azanı — "bildirmək, elan etmək" mənasına gəlir. Sübh namazının vaxtını bildirmək üçün islam dininde önəmli yerə sahibdir. Termin mənası isə müsəlmanları namaz ibadətinin vaxtının gəldiyini bildirir. "Azan"— kəliməsi islam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"- də "bildiriş, elan" mənasında keçir. Sübh vaxtı — (ərəb. fəcr‎-yarılma) — günəş doğmadan əvvəl şəfəq deməkdir. Türkcə “sübhün doğması” adlandırılan bu hadisə gecəni gündüzdən ayırdığı və ya gündüzü üzə çıxardığı üçün fecir adlanır.Sübh vaxtına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona "birinci fəcr" deyilir. O ağartı yayılan vaxt "ikinci fəcr" və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.
Sübh namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. == Sübh namazının qılınma qaydası == Niyyət ; Qiyam; Təkbirətul-ehram; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; 2 səcdə; Ayağa qalxma; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; 2 səcdə; Təşəhhüd; Salam.Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun. === Niyyət === 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). === Qiyam === Ayaq üstə üzü qibləyə dayanmaq. Sübhanəkəllahummə və bihəmdıkə və təbərakə ismukə və təala cəddukə və lə iləhə ğeyrukə! Əuzu billəhi minəş-şeytanir-racim! === Təkbirətul-ehram === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd və surə oxumaq === Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı, yəni ayaqda sırasıyla : 1.Sübhaneke 2.Eüzü - besmele 3.Fatihə surəsi 4.Qurandan başqa bir surə oxumalı. === Ruku === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.və ya "Subhanə Rabbiyəl Azim" === 2 səcdə === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Alatoran: Sübh (dəqiqləşdirmə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2)Alatoran romanlar seriyasın dördüncü cildin - Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran: Sübh (film)

Sübh çağı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Bazar Küçəsi Sübh Çağı (1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sübh adasında qürub (film, 1987)
== Məzmun == Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.
Bazar küçəsi sübh çağı (film, 1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Alatoran. Saqa: Sübh (II hissə) (film, 2012)
Alatoran. Saqa: Sübh (II hissə) (ing. The Twilight Saga: Breaking Dawn — Part 2) 2012-ci ildə Stefani Mayerin eyni adlı əsəri əsasında çəkilmiş ABŞ istehsalı olan dram, melodram və döyüş filmidir. == Məzmun == Bella artıq vampirdir. İndi onun qarşısında Edvardla birgə əbədiyyət var. Bellanın Rinesme adında qızı var. Ceykob isə Rinesmenin ən yaxın dostu və məsləhətçisidir. Lakin Kallenlərin bu sevinci uzun çəkmir. Beləki, Voulturi Rinesmenin ölümsüz olduğunu fikirləşir. Vampir anlayışında isə ölümsüz uşaq yaratmaq qəti surətdə qadağandır.
Alatoran. Saqa: Sübh (I hissə) (film, 2011)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. The Twilight Saga: Breaking Dawn Part – 1) 2011-ci il Amerika istehsalı olan Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş 4-cü filmdir. == Məzmun == Bella Svon artıq hamilədir. İndi o yarı-insan, yarı-vampir övladını dünyaya gətirmək arzusundadır. Lakin onun bu istəyinə Edvard və digər Kallenlər mane olurlar. Çünki bu çox təhlükəlidir. Çıxılmaz vəziyyətdə olan Bellaya gözləmədiyi anda Rozali kömək edir. Lakin onlar bilmirlərki bu işin axırı faciə ilə qurtara bilər.
-ург- всполье и́рный канализи́ровать конве́йер корча́га ма́заться непроизво́льность проконспекти́ровать тернёв антите́за доли́нушка напру́жить паучо́к первый попа́вшийся струсить Карпаты мануйла пурбук ремузия failed hautboy lovegrass paleofauna postroad