suzumaq 2021
sübh-aхşam
OBASTAN VİKİ
Sübh
Sübh (Neftçala)
Alatoran: Sübh (dəqiqləşdirmə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2)Alatoran romanlar seriyasın dördüncü cildin - Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran: Sübh (film)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2)Alatoran romanlar seriyasın dördüncü cildin - Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Bazar Küçəsi Sübh Çağı (1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bazar küçəsi sübh çağı (film, 1898)
Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Məzmun == Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Alatoran. Saqa: Sübh (II hissə) (film, 2012)
Alatoran. Saqa: Sübh (II hissə) (ing. The Twilight Saga: Breaking Dawn — Part 2) 2012-ci ildə Stefani Mayerin eyni adlı əsəri əsasında çəkilmiş ABŞ istehsalı olan dram, melodram və döyüş filmidir. == Məzmun == Bella artıq vampirdir. İndi onun qarşısında Edvardla birgə əbədiyyət var. Bellanın Rinesme adında qızı var. Ceykob isə Rinesmenin ən yaxın dostu və məsləhətçisidir. Lakin Kallenlərin bu sevinci uzun çəkmir. Beləki, Voulturi Rinesmenin ölümsüz olduğunu fikirləşir. Vampir anlayışında isə ölümsüz uşaq yaratmaq qəti surətdə qadağandır.
Alatoran. Saqa: Sübh (I hissə) (film, 2011)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. The Twilight Saga: Breaking Dawn Part – 1) 2011-ci il Amerika istehsalı olan Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş 4-cü filmdir. == Məzmun == Bella Svon artıq hamilədir. İndi o yarı-insan, yarı-vampir övladını dünyaya gətirmək arzusundadır. Lakin onun bu istəyinə Edvard və digər Kallenlər mane olurlar. Çünki bu çox təhlükəlidir. Çıxılmaz vəziyyətdə olan Bellaya gözləmədiyi anda Rozali kömək edir. Lakin onlar bilmirlərki bu işin axırı faciə ilə qurtara bilər.
Sübh (Neftçala)
Sübh — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sübh qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Sübh kəndi adlandırılmışdır.
Sübh (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Sübh azanı
Sübh azanı — "bildirmək, elan etmək" mənasına gəlir. Sübh namazının vaxtını bildirmək üçün islam dininde önəmli yerə sahibdir. Termin mənası isə müsəlmanları namaz ibadətinin vaxtının gəldiyini bildirir. "Azan"— kəliməsi islam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"- də "bildiriş, elan" mənasında keçir. Sübh vaxtı — (ərəb. fəcr‎-yarılma) — günəş doğmadan əvvəl şəfəq deməkdir. Türkcə “sübhün doğması” adlandırılan bu hadisə gecəni gündüzdən ayırdığı və ya gündüzü üzə çıxardığı üçün fecir adlanır.Sübh vaxtına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona "birinci fəcr" deyilir. O ağartı yayılan vaxt "ikinci fəcr" və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.
Sübh namazı
Sübh və ya ertə namazı 2 rəkət sünnət,2 rəkət fərz və 2-ci fəcrdən gün çıxana qədər arada qılınır. == Sübh namazının qılınma qaydası == Niyyət ; Qiyam; Təkbirətul-ehram; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; 2 səcdə; Ayağa qalxma; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; 2 səcdə; Təşəhhüd; Salam.Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun. === Niyyət === 2 rəkət sübh namazı qılıram vacib qürbətən iləllah (Allaha yaxınlaşmaq üçün). === Qiyam === Ayaq üstə üzü qibləyə dayanmaq. Sübhanəkəllahummə və bihəmdıkə və təbərakə ismukə və təala cəddukə və lə iləhə ğeyrukə! Əuzu billəhi minəş-şeytanir-racim! === Təkbirətul-ehram === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd və surə oxumaq === Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı, yəni ayaqda sırasıyla : 1.Sübhaneke 2.Eüzü - besmele 3.Fatihə surəsi 4.Qurandan başqa bir surə oxumalı. === Ruku === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.və ya "Subhanə Rabbiyəl Azim" === 2 səcdə === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
Sübh çağı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Sübh adasında qürub (film, 1987)
== Məzmun == Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.
Ağbulaq (Sübhanverdi)
Ağbulaq - İrəvan xanlığının Aqin mahalında kənd adı. == Toponim == Ağbulaq - İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan su və bulaq sözlərindən ibarətdir. == Həmçinin bax == Ağbulaq (Göyçə) Azərbaycan == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri.
Boris Yeltsin: Sübhdən toranadək
Boris Yeltsin: Sübhdən toranadək (rus. Борис Ельцин: от рассвета до заката Sovet partiya məmuru və Rusiya prezidenti işlədiyi dövrdə Boris Yeltsinin əvvəlcə şəxsi cangüdəni, daha sonra Prezidentin mühafizə xidmətinin rəisi olmuş Aleksandr Korjakovun xatirələr kitabıdır. 1997-ci ildə çap olunmuş kitabda Yeltsinin və ailəsinin şəxsi həyatı, siyasi hadisələr və həmçinin pərdəarxası intriqalarla bağlı maraqlı məqamlar yer alır. Korjakovun iddiasına görə, prezidentə yaxın olan oliqarx Boris Berezovski bu kitabı çap etməmək üçün ona 5 milyon dollar təklif etsə də, müəllif razılaşmamışdır. == Xarici keçidlər == Александр Коржаков.
Cəfər Sübhani
Cəfər Sübhani Təbrizi (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Cəfər Sübhani Təbrizi) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Təhsili == == Müəllimləri == == Yaradıcılığı == == Əsərləri == İslam tarixi (İslam Peyğəmbərinin (ə) həyatı) Əbədiyyət Nuru == Həmçinin bax == Məhəmməd Fazil Lənkərani Məkarim Şirazi Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi.
Həmdulla Sübhi Tanrıövərin
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi. == Həyatı == "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub. == Fəaliyyəti == Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsi ilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi. Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Həmdullah Sübhi Tanrıövər
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi. == Həyatı == "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub. == Fəaliyyəti == Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsi ilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi. Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Memmedli Sübhan
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. == Hərbi xidməti == Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.
Mumiyanın sübhü (film, 1981)
Mumiyanın sübhü (ing. Dawn of the Mummy) — 1991-ci ildə istehsal olunmuş "Mumiya" haqqında qorxu filmi janrında çəkilən filmlərdən biridir. == Məzmun == Üç axtarışçı Misir sərasına gəlirlər. Partlayış nəticəsində yerin üstü partladılır. Bu zaman onlar səhranın daxilinə gedirlər. Onlar burada çoxlu qızıl əvəzinə yalnız Mumiya tapırlar. Həmin müddətdə Nyu-Yorkdan jurnalistlər bura gəlmişlər. Bu zaman işıqlanma nəticəsində qəbirdə və qəbrin yanına yerləşən bütün Mumiyalar oyanırlar. Mumiyalar Misir əhalisinə ciddi təhlükə törədirlər... == Rollarda == == Xarici keçidlər == Mumiyanın sübhü — Internet Movie Database saytında.
Mustafa Sübhi
Mustafa Sübhi (4 avqust 1882, Giresun – 29 yanvar 1921, Qara dəniz) — Türkiyə kommunisti. == Həyatı == == Mənbə == Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh.159–163.
Sübhanqol (Auırqazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqul (Avurğazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqulu xan Qacar
Sübhanqulu xan Qovanlı-Qacar — İrəvan qalasının rəisi, İrəvan xanı Hüseynqulu xan Sərdarın qardaşı oğlu və kürəkəni. == Hərbi fəaliyyəti == II Rusiya-Qacar müharibəsinin gedişində 1827-ci ildə generallar İvan Paskeviçin və Bekendorfun İrəvan qalasına hücumları zamanı qalaya rəhbərliyi Sübhanqulu xan edirdi. 1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə əsas rusların qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının müşayiəti ilə İrəvan xanlığı istiqamətində yürüşü başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı.Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla danışıqlar apardığını öyrəndi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə, Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi.1827-ci ilin oktyabr ayında İrəvan qalasına qaladağıdıcı toplardan hücum keçən Rusiya qoşunları qalanı ələ keçirdilər. 200 İrəvan əyanı ilə birlikdə Sübhanqulu xan da əsir düşdü.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. == Həyatı == 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. == Mənbə == Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). == Ədəbiyyat == Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
Sübhi Mürsəliyev
Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979; İsmayıllı, Azərbaycan — 30 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı Suqovuşanın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Sübhi Salayev
Salayev Sübhi Haşım oğlu (1927 – 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan EA-nın akademiki (1989). == Həyatı == Sübhi Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Döv­lət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. == Əmək fəaliyyəti == Sübhi Salayev 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır."Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotektonik xəritəsi", SSRİ-nin neftqazlılıq xəritələri, Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları, SSRİ-nin neftli-qazlı ərazilərinin tektonikası xəritələrinin müəlliflərindən biridir.Onun rəhbərliyi altında 30-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. 350-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.
Sübhi Şıxlinski
Sübhi Osman oğlu Şıxlinski — fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi.[mənbə göstərin]1964-cü ildə Azərbaycanın Şəmkir şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alan S.Şıxlinski 1990–1993-cü illərdə Məhəmməd Əmin Rəsulzadə adına Azərbaycan Dövlət Universitetində fəlsəfə və sosiologiya fənləri üzrə dərs deyib. Daha sonra yenidən Moskvaya qayıdan həmyerlimiz burada elmi fəaliyyətini davam etdirərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 1996-cı ildə siyasi texnoloq kimi Rusiya Federasiyasında prezident seçkiləri keçirilərkən B.N.Yeltsinin seçki qərargahına, milli diasporlarla, dini qurumlarla və soydaşlarla işlər şöbəsinin rəisi vəzifəsinə dəvət edilib. Rusiya hökumətinin müxtəlif mükafatlarına layiq görülən soydaşımıza 2007-ci ildə Rusiya Prezidenti V.V.Putinin fərmanına əsasən, üçüncü dərəcəli həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831-1912) - Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Sübhün səfiri (film, 2012)
Sübhün səfiri — rejissor Ramiz Həsənoğlunun filmi. Film Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar çəkilmişdir. == Məzmun == Film Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, Azərbaycan dramaturgiyasının banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və çoxşaxəli irsindən bəhs edir. Filmdə dramaturqun həyatının 3 dövrü — uşaqlıq, gənclik və qocalığı canlandırılır. == Film haqqında == Filmdə M.F. Axundzadənin obrazının 30 yaşından ömrünün sonunadək olan dövrünü aktyor Elşən Rüstəmov canlandırmalı idi . Filmin premyerası 28 noyabr 2012-ci ildə Nizami Kino Mərkəzində olmuşdur. Budapeştdə filmin təqdimatı keçirilib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Ramiz Həsənoğlu Quruluşçu operator : Kənan Məmmədov (Kənan Əziz kimi) Quruluşçu rəssam : Rafiz İsmayılov (Rafiz Rza kimi) Bəstəkar : Cavanşir Quliyev Səs rejissoru : Teymur Abdullayev Rejissor : Akif Rüstəmov Operator : Tərlan Babayev Geyim üzrə rəssam : Şahin Həsənli (rəssam) İcraçı prodüser : Adil Qulamov Xətti prodüser : Elşən Tarverdiyev Qrim üzrə rəssam : Elbrus Vahidov Geyimlərin eskizi : Tahir Tahirov (Tair Tairov kimi) Montaj : Elmir Həsənov Məsləhətçi : Zaman Əsgərli (filologiya elmləri doktoru, professor) Redaktor : Ramiz Əliyev Musiqi redaktoru : Rauf Əliyev Çalır : Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı Dirijor : Rauf Abdullayev Ansamblın rəhbəri : Məcnun Kərimov Solo balaban : Elşad Cabbarov Solo tar : Cavanşir Quliyev Solo kamança : Fəxrəddin Dadaşov Rəqslərin quruluşçuları : Zakir Ağayev, Yelena Ağayeva Dekor üzrə rəssam : Elyaz Səfərov Rəssam-fotoqraf : Pərviz Quliyev Qrim ustası : İradə Gülbabayeva Rejissor qrupu : Anar Almazov, Xədicə Qarayeva, Fuad Nəbiyev Operator qrupu : Aydın Ələkbərov, Kamran Qulamov, İlham Babayev, Şunasib Qulamov Mətn düzümü : Ramiz Əliyev Sinxron səs effektləri : Əliqulu Səmədov Xüsusi effektlər : Kamran Məmmədov Qrafika : Aleksandr Melnikov İnzibatçılar : Arif Kərimov, Elnur Əliyev, Vüqar Qurbanov, Günel Zeynalova (II) Rəssam assistenti : Valeh Davudov Geyim üzrə rəssam assistentləri : Arif Niftiyev, Səfurə Həsənli, Nərgiz Vəliyeva, Mehriban Ələkbərova İşıq ustası : Tahir Bağırov İşıqçılar : Şəmsi Qədirov, Xəqani Abdullayev, Rövşən Vahabov Səs texniki : Kamal Məmmədov Operator kranı : Aqil Həsənov, Əsgər Ələkbərov (II) Əlbəsəçi : Turi Lazareva Pirotexniklər : Əlibala Məmmədov, Vaqif Qurbanov Mühasib : Lalə Məmmədova Sürücülər : Əhməd Əbdülov, Mansur Mustafazadə, Kamal Yolçuyev Fəhlələr : Sabit Qədirov, İsmayıl Səfərli === Rollarda === Rasim Balayev – Mirzə Fətəli Axundzadə Nicat Əli – gənc Fətəli Fəxrəddin Manafov – Abbasqulu ağa Bakıxanov Məlahət Abbasova – Tubu xanım Günəş Mehdizadə – Nisə xanım (Günəş Mehdiyeva kimi) Pərviz Məmmədrzayev – Xanbaba Rafiz Mehdizadə (Rafiz Mehdi-zadə kimi) – Rəşid Eldar Bağırbəyov – Bestujev-Marlinski Şahin Səlimov — Molla Rafiq Əliyev (II) – Düpon Bəxtiyar Xanızadə – Axund Ələsgər Məmməd Səfa – Həsən bəy Zərdabi Ayşad Məmmədov – Mirzə Şəfi Vazeh Aleksandr Şarovski – İlminski İlham Əsgərov – Şeyx-ül-İslam Oleq Əmirbəyov – Mixail Lermontov Elvin Mirzəyev – Qastino Zaur Şəfiyev – Usmiyev Fərhad İsrafilov – Mirzə Hüseyn Əhməd Uz (Ahmet Uz kimi) – Fuad Paşa Altan Akışık – Münir Əfəndi Erol Alpsoykan – Aleksandr Xalid Qaraata (Halit Karaata kimi) – Akop Vüqar Əliyev – Yavər Şahin Əli Sultan (Ali Sultan kimi) – İmam Fazil Həsən Yıldız (Hasan Yıldız kimi) – Süavi əfəndi Yıldırım Yanılmaz – Fərid Paşa Ahhan Şener – Namiq Kamal Elman Rəfiyev – Fridrix Bodenştedt Yuri Baliyev (Yuriy Baliyev kimi) – Mixail Vorontsov Kamran Yunis – Məmməd Tağı Gülzar Qurbanova – Nanə Almaz Amanova – Məmməd Tağının arvadı Tofiq Əliyev – balaca Fətəli Nilufər Məmmədrzayeva – Fətəlinin bacısı Yaroslav Trifonov – Paxomov Elvin Vəlimətov – gənc Düpon Abgül Mirzəliyev – Səttar Qədirhüseyn İsmayılov – Yavər Elşən Şirəliyev – Nəcəf Hacıbaba Məmmədov – Sərban Ramiz Əzizbəyli – Hacı Qara Ramin Şıxəliyev – Kərəməli Qorxmaz Əlilicanzadə – Molla İbrahimxəlil Azad Şükürov – Molla Həmid Vahid Əliyev – Dərviş Abbas Rəzzaq Məmmədov – nuxulu Məhərrəm Musayev – nuxulu İqrar Salamov – nuxulu Rauf Şahsuvarov – nuxulu Loğman Kərimov – Məstəli şah Dilarə Əliyeva – Şəhrəbanu Aytən Əlibəyli – Şərəfnisə Ənvər Həsənov – Hatəmxan ağa Elvin Əhmədov – Şahbaz bəy Məbud Məhərrəmov – Müsyo Jordan Xalidə Əliməmmədova – Xanpəri Arif Kərimov – vəzir Hikmət Rəhimov – Teymur ağa Mətanət Atakişiyeva – Pəri xanım Lalə Məmmədova (II) – Şölə xanım Aytən Qulamova – Nisə xanım Arzu Hüseynov – Xacə Məsud Şamil Süleymanlı – Şah Abbas Azər Mirzəyev – Zaman xan Mirzə Ağabəyli – mollabaşı Tofiq Bayramov – eşikağası Şahmar Qəribli – münəccimbaşı Əhməd Köşəoğlu (Ahmet Köşeoğlu kimi) İlyas Ədhəmoğlu (İlyas Ethemoğlu kimi) Ənvər Dönməz (Enver Dönmez kimi) Mehmet Yüksəl (Mehmet Yüksel kimi) Boris Qrafkin Əsgər Rəhimov Marina Qrabovskaya Tutu Əliyeva Mehriban Ələkbərova Anar Almazov Sevil Balayeva Əlvida Cəfərov Olqa Arsentyeva Nəmxuda Usubəliyev (Namxuda Usubəliyev kimi) Şahin Həsənov Aydın Əlibalayev Yuri Lobaçov (Yuriy Lobaçov kimi) İsgəndər Qədimov Araz Ağaverdiyev Məsim İslamov Oqtay Əhmədov (II) Laçın Abbasov Seyfəli Əsədov Elvin Manafov === Filmi səsləndirənlər === Sabir Məmmədov – Şah Abbas (Şamil Süleymanlı) (titrlərdə yoxdur) Xalidə Quliyeva – Tubu xanım (Məlahət Abbasova) (titrlərdə yoxdur) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == "Zeybək Yapım Film Müzik Tanıtım və Reklamcılık" Şirkəti (Türkiyə) "Yurdfilm" kinostudiyası İstanbul Universiteti Şəki Şəhər İcra Hakimiyyəti Dövlət Tarix muzeyi Muzey Mərkəzi Ramana qəsəbəsinin bələdiyyəsi Novxanı qəsəbəsinin bələdiyyəsi Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Mərdəkan Mədəniyyət Sarayı == Çəkilişə kömək edənlər == Ömər Çalışqan ("Zeybək" şirkəti) Əhməd Köşəoğlu ("Zeybək" şirkəti) Nailə Vəlixanlı Liana Vəzirova == İstinadlar == == Mənbə == Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydləri //525-ci qəzet.- 2013.- 2 fevral.- S. 10. Əlibəyli, B. Trilogiyadan...“Xəmsə”yə: Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqda qeydlər //525-ci qəzet.- 2013.- 9 fevral.- S. 19. “Sübhün səfiri” Şəkidə: [filmin təqdimatı] //Mədəniyyət.- 2013.- 6 fevral.- S. 4.

Digər lüğətlərdə

запили́ть зятёк куби́стский спасти́сь тампо́нчик аутенти́чность взя́точничество геоэкологи́ческий дры́згать крио́лог лучи́нка нимб побели́ть ты́сяча хронометри́роваться шале́ть улук garrulous hypertrophy Potsdam theophyllin venesect отрезной пожертвовать удод