SÜLEYMAN

Quranda adı keçən peyğəmbərlərdən biri olmuşdur. İsrailin krallarından biri olan Süleyman Musanın şəriəti ilə hökm verirdi. Rəvayətlərə görə Qəzzada doğulmuş, Qüdsdə vəfat etmişdir. Uşaq yaşlarından başlayaraq sağlam düşüncəsi ilə seçilib, ədalətli bir insan olmuşdur. Süleyman Davud peyğəmbərin oğlu idi. Oniki yaşı olanda atasını itirmiş və onun yerinə keçib ölkəyə başçılıq etməyə başlamışdır. Bir gün Süleyman Allaha yalvarıb ona heç kəsdə olmayan güc və dövlətin verilməsini diləmişdir. Allah da ona cinlərin, heyvanların, küləklərin və insanların üzərində hökmranlığı bəxş etmişdir (Quran, 38: 36-38). Süleyman hətta heyvanların və quşların da dilini bilmişdir (Quran, 27: 16). Rəvayətlərə görə Süleyman öz hakimiyyəti dövründə yeni şəhərlər və yollar salmış, qalalar, saraylar və yaşayış evləri tikdirmişdir. Bu işdə ona cinlərin kömək etdiyi rəvayət edilir (Quran, 34: 12-13). Qüdsdə Süleyman ən böyük və məşhur məbəd tikdirmişdir. Orada Musaya göndərilən Tövratın lövhələri saxlanılmışdır. Onun insanlar və cinlərdən ibarət böyük qoşunu da olmuşdur (Quran, 27: 17). Süleymanın hakimiyyəti Yaxın Şərqin bir çox bölgələrinə yayılmış, o güçlu krala çevrilmişdir. O, gəmiçiliyi və ticarəti inkişaf etdirmişdir. Süleymanın hakimiyyəti dövründə ölkədə əminamanlıq hökm sürmüşdür. Beləliklə o, 40 il ədalətlə ölkəyə başçılıq etmişdir. Süleymanı başqa ölkələrdə də tanıyırdılar. O, bir çox başqa ölkələrin başçılarını imana gətirmişdir. Səbada Yəmən kraliçası Bilqeysi Allaha imana dəvət edərək ona bir məktub göndərmişdir. Sonra onun bir xadimi onu möcüzəvi olaraq bir anda onun yanına gətirmişdir (Quran, 27: 20-44). Bir gün Süleyman tikilməkdə olan böyük bir saraya baxmağa getmiş və orada binanın eyvanına çıxdıqda ölüm mələyi gəlib onun canını almışdır.
SÜHUR
SÜNNƏ
OBASTAN VİKİ
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
I Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Rauf Süleyman
Mirzəyev Rauf Süleyman Həsən oglu (1944, Bakı) — rejissor. Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb. Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib. Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub. Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Sabir Süleyman
Sultan Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Süleyman (Auırqazı)
Süleyman (başq. Сөләймән, rus. Сулейманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 6 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100%) üstünlük təşkil edir.
Süleyman (Avurğazı)

Süleyman (Uçalı)
Süleyman (başq. Һөләймән, rus. Сулейманово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 82 km, ən yaxın dəmiryol stansiyasından (Ustin stansiyası): 2 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Süleyman Abbasov
Abbasov Süleyman Əsəd oğlu (1910, Soltanlı – 25 fevral 1999, Bakı) — azərbaycanlı hüquqşunas, İkinci dünya müharibəsinin iştirakçısı, I dərəcəli Vətən müharibəsi ordeni mükafatçısı Süleyman Abbasov 1910-cu ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olmuşdur. 1916-cı ildə Soltanlı kəndindəki 4 illik məktəbdə oxuyub Qaryagin bölgəsində sonradan 7 illik məktəbdə 7-ci sinfi bitirib. 1928-ci ildən 1930-cu ilədək ailənin təsərrüfatında əkinçiliklə məşğul olmuşdur. Əmək fəaliyyətinə Soltanlı kənd sovetinin katibi (1936–1937), Soltanlı kənd "Puşkin" adına kolxoz sədrliyi (1937–1939) ilə başlamışdır. 1939-cu ildə Bakı şəhərində Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin 2 illik hüquq məktəbində oxumuşdur. Bakıda hüquq məktəbində oxuyarkən 1941-ci il iyun ayının 22-də İkinci dünya müharibəsinin birinci günü ordu sıralarına səfərbərliyə alınmışdı. 22 iyun 1941-ci ildən noyabr 1945-ci ilədək müharibədə iştirak etmişdir. 1945-ci ilin dekabrından 1946-cı ilin fevralına qədər Bakıda Azərbaycan SSR-in Ədliyyə Nazirliyinin məhkəməsində təcrübə keçirmişdir. 1946–1950-ci illərdə Ümumittifaq Hüquq qiyabi institutu Bakı filialında oxumuş və hüquq ixtisası almışdır. 1946-cı ilin fevralından 1960-cı ilin dekabrına qədər Astara rayonu Xalq hakimi vəzifəsində çalışmışdır.
Süleyman Abdullayev
Süleyman Abdullayev (xanəndə) — xanəndə. Süleyman Abdullayev (hakim) — hakim.
Süleyman Allahverdiyev
Süleyman İfxan oğlu Allahverdiyev (ing. Suleyman I. Allakhverdiev; 1 avqust 1950, Çaykənd, Krasnoselsk rayonu) — Biofizika İnstitutu (Puşino) fizika-riyaziyyat elmləri üzrə elmlər namizədi. Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiya İnstitutunun (Moskva) İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri. Allahverdiyev Süleyman İfxan oğlu 1950-ci il avqustun 1-də Ermənistan Respublikasının Krasnoselsk rayonunun Çaykənd kəndində anadan olub. 1973-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1973–1977-ci illərdə Çaykənd orta məktəbində fizika müəllimi vəzifəsində işləyib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda (Puşşino) biofizika üzrə namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Namizədlik dissertasiyasının müdafiəsindən sonra S. Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda işləməyə başlayıb. 2002-ci ildə o, REA-nın Bitkilərin Fiziologiyası İnstitutunda "bitkilərin fiziologiyası və biokimyası" ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.
Süleyman Bağırov
Süleyman Cabbarov
Süleyman Camalov
Süleyman Camalov (1940, İlisu, Qax rayonu) — tibb elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar həkimi, publisist. 26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947–1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir. 1963–1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala kənd həkim məntəqəsinin müdiri vəzifələrində işləmişdir. 1967-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun II terapiya kafedrasında aspiranturaya daxil olmuşdur, 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Aspirantura dövründə ağciyər və ürək xəstəliklərinin funksional diqanostika üsullarını öyrənmək üçün Moskva şəhərinə ezam olunmuş, akademik B. V. Petrovskinin rəhbərlik etdiyi Kliniki və Eksperimental Cərrahiyə İnstitutunda və akademik B. E. Votçalın rəhbərlik etdiyi II terapiya kafedrasında bu üsulları öyrənmiş və Azərbaycanda ilk dəfə spiroqrafiya, kapnoqrafiya, oksihemometriya, pnemotaxometriya, bronxospirometriya üsulları tətbiq etmişdir. 1970–1972-ci illərdə Bakı şəhərində Respublika döş qəfəsi cərrahiyyəsi klinikasında həkim terapevt və funksional diaqnostika kabinetinin rəhbəri işləmişdir. Həmin illərdə 2 dəfə Moskva və Stavropol şəhərlərində ixtisasartırma kursunda olmuşdur. 19 mart 1972-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitunun funksional diaqnostika kafedrasında assistent seçilmiş, 6 may 1972-ci ildə III terapiya kafedrasına assistent vəzifəsinə keçirilmişdir. 1976-cı ildə Leninqrad şəhərində "hərbi-səhra terapiyası" kursunu, 1978-ci ildə "fiziologiya, biofizika və tibbi kibernetika" kursunu (Moskva şəhəri) bitirmişdir. 1984-cü ildə Moskva şəhərinə Ümumittifaq kardioloji elmi mərkəzinə ezam olunmuş, orada ürək, qan-damar sistemi xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını öyrənmişdir.
Süleyman Dilbirliği
Süleyman Dilbirliği (d. 1926; İstanbul — ö. 6 dekabr 2017, Üsküdar, İstanbul) — Təqaüdə buraxılmış gizir vəzifəsində çalışmış türk əsgəri. Koreya müharibəsi veteranı olmuşdur. Koreya müharibəsində baş vermiş döyüşlərin birində ata, anası öldürülmüş 5 yaşlı koreyalı qız uşağını tapmış və ona Ayla adını vermişdir. Bu hadisə əsasında 2017-ci ildə Türkiyə və Cənubi Koreya istehsalı olan Ayla filmi ictimaiyyətə təqdim olunmuşdur. Oskar mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına filmin namizədliyi irəli sürülmüşdür. Filmdəki baş gizir Süleymanın real prototipi olan Süleyman Dilbirliği 2017-ci il 6 dekabr tarixində müalicə aldığı Haydarpaşa xəstaxanasında 91 yaşında dünyasını dəyişmişdir.
Süleyman Dəmirəl
Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[…], İslamköy[d], İsparta ili – 17 iyun 2015[…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü. 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir. 1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır. 1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir. 1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Süleyman Elmurzayev
Süleyman Elmurzayev və ya Əmir Xeyrullah (8 aprel 1974, Novolak rayonu, Dağıstan MSSR – 4 aprel 2007, Vedeno rayonu, Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı (24.09.2006). İçkeriya Baş nazirinin müavini (07.03.2007 -ci ildən), ÇİR Silahlı Qüvvələrinin Şərq Cəbhəsi komandanı (24.09.2006-cı ildən), 2006-cı ilin iyulunda vəfat edən Şamil Basayevin yaxın çevrəsinin üzvü. 1999-cu ildə yaraqlıların Dağıstana hücumunda iştirak etdiyinə görə federal axtarışa verilmişdir. Ölüm ana qədər İnterpol vasitəsilə beynəlxalq axtarışa olmuşdur. 1999-cu ildə yaraqlılara qoşulmuşdur. Şamil Basayevin şəxsi mühafizə xidmətinin üzvü olur. Vedeno rayonu camaatının əmiri olaraq təyin edilir və eyni zamanda Əbu əl-Vəlid onu öz nümayəndəsi təyin edir. 2000-ci illərdə separatçıların Şərq Cəbhəsinin Vedeno sektorunun komendantı olur. 9 may 2004-cü ildə Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırovun öldürülməsinin əsas təşkilatçılarından biri hesab olunur. Atasının ölümündən sonra Ramzan Kadırov Xayrullanı Basayevlə bərabər şəxsi düşməni adlandırir.
Süleyman Hüseynov
Süleyman Hüseynov (22 mart 1912, Gədəbəy, Yelizavetpol qəzası – 21 aprel 1973, Gədəbəy) — Partiya və dövlət xadimi Hüseynov Süleyman Salman oğlu 22 mart 1912-ci ildə Gədəbəy rayonunda anadan olub. 1938-ci ildə Azərbaycan Kənd Təsərrüfatı insititunu bitirib. Həmin ildən Dövlət Cins Damazlıq idarəsinə müdir təyin edilib. 1940 cı ildən Sov. İKP nin üzvü seçilib. Süleyman Hüseynov 1941-ci ildən 1945-ci ilədək Böyük Vətən müharibəsində iştirak edib və pulemyot rotasının komandiri vəzifəsinədək yüksəlib. Döyüşlərdəki qəhrəmanlığına görə orden və medallarla təltif olunub. Müharibədən qayıtdıqdan sonra Süleyman Hüseynov partiya və əmək fəaliyyətini davam etdirir. Yenidən Dövlət Cins Damazlıq idarəsinə rəhbərlik edir. 1947 ci ildə dağ merinos qoyunları yetişdirdiyinə görə Dövlət mükafatı laureatı adına layiq görülür.
Süleyman Kərimov
Süleyman Kərimov (12 mart 1966, Dərbənd, Dağıstan MSSR) — Rusiya parlamentində təmsil olunan qafqazlı milyarderdir. O, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur. Milliyətcə ləzgidir. 1998-ci ildən "Nafta-Moskva" kompaniyasının sahibi olan Süleyman Kərimov "Forbes" dərgisinin versiyasına əsasən milyonçuların reytinq cədvəlində 217-ci yerdə gedir. Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Uşaq yaşlarından dzü-doya və ağır çəki daşlarını qaldırmaq üzrə çoxnövçülüyə maraq göstərib. Orta məktəbi qızıl medalla bitirdikdən sonra dəqiq elmlər və riyaziyyata maraq onu Dağıstan Politexnik İnstitutuna gətirib. Sonradan Sovet Ordusu sıralarında strateji təyinatlı raket qoşunlarında hərbi xidmət çəkib. Əsgərliyini başa vurduqdan sonra "Eltov" elektron zavoduna iqtisadçı kimi işə düzəlib. Qısa zaman ərzində özünü istedadlı mütəxəssis kimi təsdiq edən S. Kərimovu sonra baş direktorun iqtisadi məsələlər üzrə məsləhətçisi təyin edirlər.
Süleyman Mikayılov
Süleyman Mikayılov (tam adı: Süleyman Surxay oğlu Mikayılov; 27 aprel 1962) — Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı (2010). Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib. 1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. Ailəlidir, iki övladı var. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Təxti Süleyman
Təxti Süleyman (fars: تخت سلیمان,) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir. 2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən "Böyük Alov" və ya "Hökmdar alovu"nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda "ādur Wishnāsp" adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir. Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır. Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə.
Çar Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Elmir Süleymanlı
Elmir Aqil oğlu Süleymanlı (11 may 2001, Ağsu rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Şəhid əsgər Süleymanlı Elmir Aqil oğlu 2001-ci il may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub.2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusunun "N" saylı hərbi hissəsinddə pulemyotçu ixtisası üzrə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ilin sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır . Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə həlak olmuşdur.
Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı – 25 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), alim, dövlət xadimi və ictimai xadim Elmira Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor elmi adını almışdır. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü olmuşdur. 2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. Alim kimi onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və müxtəlif texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentində, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.
Elxan Süleymanov
Elxan Süleymanov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri və baş onkoloqu. Tibb elmləri namizədi.
Elxan Süleymanov (həkim)
Elxan Süleymanov — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri və baş onkoloqu. Tibb elmləri namizədi. Elxan Süleymanov Abdulla oğlu 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir. Təhsilini. Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Çeçnistana gəlmiş və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləmişdir. 28 aprel 2016-cı il tarixində Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib.
Elxan Süleymanov (millət vəkili)
Elxan Sirac oğlu Süleymanov (1940, Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir. E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
Elxan Süleymanov (siyasətçi)

Elçin Süleymanov
Elçin Süleymanov (iqtisadçı) — Azərbaycan alimi. Elçin Süleymanov (əsgər) — Azərbaycanlı şəhid.
Elçin Süleymanov (alim)
Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda) Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır. 1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir. 2024-cü ilin yanvar ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini vəzifəsində işləyir.
Elçin Süleymanov (iqtisadçı)

Elçin Süleymanov (əsgər)
Elçin Tehran oğlu Süleymanov (29 noyabr 1991, Böyük Bəhmənli, Füzuli rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Elçin Süleymanov 1991-ci il noyabrın 29-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Ailəli idi. Bir qız övladı yadigar qaldı. Elçin Süleymanov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Aprel döyüşlərində göstərdiyi şücaətə görə, Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif edimişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Süleymanov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Erməni Süleyman Paşa
Erməni Süleyman Paşa (1607, Malatya – 28 fevral 1687, Konstantinopol) — IV Mehmed dövründə 6 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimi. Əslən erməni olub, Malatyada dünyaya gəlmişdir. Qohumu olan qapı ağası İsmayıl ağanın vasitəsilə İbrahim Paşa sarayına alınmış, ardından Əndəruna alınaraq burada saray tərbiyəsi almışdır. 1640-cı ildə Musa Paşanın yerinə silahdarlığa gətirildi, ardından vəzirlik rütbəsi ilə birlikdə divana daxil oldu. 17 iyul 1644 tarixində Mərəş bəylərbəyi, ardından Ərzurum hakimi təyin olundu. Bu vəzifədə ikən Səfəvilərin tərtibi ilə Ərzurumda çıxan qarışıqlıqları həll etdi. Yatırılan üsyanın rəhbəri öldürüldü və kəlləsi 24 may 1646 günü İstanbula gətirildi. Ardından Saqqız adasının müdafiəsi ilə vəzifələndirildi. İstanbula döndükdən sonra yenidən qübbə vəzirliyinə gətirildi və I Əhmədin qızı Ayşə Sultanla evləndirildi. Qara Murad Paşa 10 aylıq sədarətinin ardından yeniçəri ağası Hüseyn ağanın tövsiyəsilə vəzifədən alındı və yerinə Süleyman Paşa gətirildi (19 avqust 1655).
Faiq Süleyman Paşa
Faiq Paşa (1876, Konstantinopol – 30 avqust 1916) — Osmanlı generalı, Məşriq-i Əzəm-i Osmanı adıyla qurulan böyük mason lojasının ustadı. Qülləli Əsgəri Liseyindən məzun olduqdan sonra Mühendishane-i Berri-i Hüməyüna daxil oldu. 17 yanvar 1900-cü ildə Kapitan rütbəsi ilə məzun oldu və Sisam adasına təyin edildi. 1904-ci ildə Selanik məntəqənin komandiri Fərid Paşanın vəkilliyinə gətirildi. 1908, 17 may tarixində Baş məmur rütbəsinə yüksəlir. 1909-cu il 30 iyul tarixində Üsküdar bayrağı mutasarrıflığına təyin edildi. 9 Fevral 1911-ci ildə isə Erkan-ı Hərbiyə-i Ümumiyə Şöbəsinə təyin olundu. Balkan döyüşlərində mükəmməl xidmət göstərmiş Fəthi Paşanın döyüşən əsgərləri müdafiə etməsi üçün Koçişte Təpəsində həlak olmasından sonra 1912-ci ildə Faiq Paşa komandir vəzifəsinə yüksəlir. Osmanlı tarixinin qanlı döyüşlərindən olan Zığındərə Müharibəsində (28 iyun - 3 iyul, 1915-ci il) döyüşdü. 2 iyul tarixində 6-sı zabit olmaq üzrə, 164 əsgər həyatını itirdi.
Famil Süleymanov
Süleymanov Famil (Qaracallı) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın tanınmış kimya mütəxəssisi Famil Süleymanov 1941-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olub.O, orta təhsilini başa vurduqdan sonra, Sumqayıta gələrək Kimya Texnologiyaları Texnikumuna daxil olur. 1962-ci ildə oranı bitirərək kimya zavodunda 6-cı dərəcəli apparatçı kimi işə başlayır. 1963-cü ildə Neft Kimya İnstitutuna qəbul olur və 1969-cu ildə oranı bitirir. 1974-ci ilin sentyabr ayından sulfanol istehsalının rəisi təyin edilir, 1980-cı ildə üzvi-sintez istehsalat birliyinin rəisi, 1986-cı ildən isə zavod direktorunun müavini vəzifəsinə təyin olunur, 1992-ci ildən yaradılan "Azərkimya" Dövlət Şirkətinin prezidentinin müavini vəzifəsinə təyin edilmişdir. 20 yanvar faciəsindən sonra Famil Süleymanov yaradıcılıqla məşğul olmağa başlayır və 1996-cı ildə ilk əsəri "Qana boyanmış Quran" çap edilir. Bundan sora məhsuldar işləyən yazar türk, azərbaycanlılarşn 20-ci əsirdə başlarına gəlmiş müsübət və qəhrəmanlıqları yazaraq, özünün 37 cildlik seşilmiş əsərlərində çap etdirmişdir.Famil Süleymanov 37 tarixi romanın müəllifidir. Haqqında Türkiyənin TRT-3 kanalı film çəkir. “Qana boyanmış Quran”, “Qu quşunun nəğməsi” və s. əsərləri ona böyük şöhrət gətirib.
Fatma Süleymanova
Fatma Həmzə qızı Süleymanova (23 dekabr 1912, Şuşa – 2 dekabr 1978, Bakı) — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979). Leninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.
Fuad Süleymanov
Fuad Salman oğlu Süleymanov (9 may 1967, Astarxanbazar) — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi. Süleymanov Fuad Salman oğlu oğlu 1967-ci il mayın 9-da Cəlilabad rayonunda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında xidmət etdikdən sonra ali təhsilini davam etdirərək 1991-ci ildə "Sənaye və mülki tikinti" fakültəsini bitirib inşaat-mühəndisi ixtisasına yiyələnmişdir. Ailəlidir, iki övladı var. 1991-ci ildə təyinatla "Xəzərdənizneftsosialtikinti" trestinin Texniki istehsalat şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1994–1997-ci il illərdə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində mühəndis, 1997–2003-cü il illərdə isə şöbə rəisi, baş mütəxəssis, 2003–2007-ci illərdə isə "Xəzərdənizneftqaztikinti" trestinin Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidməti rəisinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müavini, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi vəzifələrində çalışıb. 2007–2010-cu il illər ərzində ARDNŞ "Neftqaztikinti" trestinin Keyfiyyətə Nəzarət İdarəsinin rəisi, Keyfiyyətə Nəzarət Departamentinin rəisi kimi əmək fəaliyyətini davam etdirib. 2010–2011-ci illərdə "Neftqaztikinti" trestinin əməyin mühafizəsi üzrə müdir müavini vəzifəsində işləyib. 28 iyul 2011-ci ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifəsinə təyin təyin edilib.
Fərhad Süleymanov
Fərman Süleymanov
Göl Süleymanabad (Qoşaçay)
Göl Süleymanabad (fars. گل سليمان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,923 nəfər yaşayır (699 ailə).
Hafiz Süleymanov
Hafiz Süleymanov (23 yanvar 1967, Sumqayıt) — Türkiyənin tanınmış ağır atleti. İndiyədək iki dəfə dünya çempionu, beş dəfə isə Avropa çempionu titulunu qazanıb. Hafiz Süleymanov 1967-ci il sentyabrın 20-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini də Sumqayıtda alıb. 1982-ci ilin oktyabr ayında Sumqayıt şəhərində "Polad" idman klubunda ağır atletikaya başlayıb. 1985-ci ildə gənclər arasında SSRİ çempionu olub. 1986-cı ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdə idmançı olduğu üçün Moskvada-ÇSK-da keçib və əsas fəaliyyətlərinə orada başlayıb. 1986-cı ildə gənclər arasında Avropa çempionu olub. Dünya 3-cülüyünü qazanıb.
II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
II Süleyman Səfəvi

II Süleyman Şah
II Süleyman şah yaxud Rükunəddin Süleyman şah (ərəb. ركن الدين سليمان شاه‎ (Rukn əd-Din Süleyman şah)) (XII əsr – 1204)Rum Səlcuq sultanıdır (1196–1204). Atası II Qılınc Arslanın ölümündən sonra parçalanan Rum Səlcuq Türk birliyini yenidən qurmuş və ölkədə sabitliyi geri qaytara bilmişdi. II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldüyü zaman Süleyman şah, Tokat məliki olarak təyin edildi. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqiub idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər. Məlikşah Konyaya tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi. Qardaşların hakimiyyət uğrunda mübarizələrindən qalib çıxan Süleyman şah 1196-cı ildə Rum Səlcuq sultanı oldu. Sultan Rüknəddin II Süleyman şah 1202-ci ildə Gürcüstan səfərinə çıxmaq üçün özündən asılı olan bəylərə xəbər göndərərək ona qoşulmalarını tələb etdi.
II Süleyman şah Səfəvi

II Süleymanşah

Значение слова в других словарях