SÜLEYMAN

Yəhudi dilində Solomon kimidir, e.ə. 965-928-ci illərdə İsrailın hökm­darı olmuş şəxsin adıdır. “Sülh tərəfdarı”, “dinc” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SÜFRƏ
SÜLEYMANBALIĞI
OBASTAN VİKİ
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. == Həyatı == === Taxta çıxışı === 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
I Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon, Osmanlı imperiyası – 6 sentyabr 1566, Siqetvar, Macarıstan krallığı[d]), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Adilcan Süleyman
Adilcan Süleyman (uyğ. ئادىلجان سۇلەيمان; 21 avqust 1967, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur basketbolçu. == Basketbol karyerası == Adilcan 1983-cü ildə Sincandan Pekin İdman Universitetinə təhsil almaq üçün gəldi.1984-cü ildə Bayi Men Basketbol Komandasının məşqçisi Ju Çunlin Adilcanın basketbolda da bacarıqlı olduğunu aşkar etdi. 1986-cı ildə Bayi Kişi Basketbol Komandasına seçildi və 1989-cu ildə milli komandaya seçildi. 5 nömrəli forma geyərək, hücumları və müdafiəni təşkil etmək qabiliyyətinə görə xüsusilə driblinq və bölmə taktikasını yaxşı bacardı. "Basketbol meydançasındakı sehrbaz" kimi tanınır. 2000-ci ilin yazında Adilcan təqaüdə çıxdı və "Bayi Rokets"-in köməkçi məşqçisi oldu. Yarım il sonra keçmiş baş məşqçi Vanq Fei istefa etdi və Adilcan Bayi komandasının baş məşqçisi oldu. 2017-ci ilin fevralından Adilcan Çin Basketbol Assosiasiyası sədrinin müavini vəzifəsindədir. 7 dekabr 2018-ci il tarixində Sincan Uçan Pələng Ah Dejiangın baş məşqçi vəzifəsinə başladığını elan etdi.
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Rauf Süleyman
Mirzəyev Rauf Süleyman Həsən oglu (1944, Bakı) — rejissor. Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasında hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub. Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb. Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Bu dövürdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb. Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib. Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşıqı olub. Rauf-Süleyman Mirzəyevin hazırladığı Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Sabir Süleyman
Süleyman Nazif
Süleyman Nazif — Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyəti zamanında yaşamış türk şair, yazıçı və bürokrat. Sərvəti Fünun dövrü şairi olan Süleyman Nazif, ədəbi anlayış və üslub olaraq Namiq Kamalın davamçısıdır. Ədəbi bacarığı qədər hazırcavablığı və zəkası ilə də məşhurlaşmışdır. 1870-ci ildə Diyarbəkirdə anadan olub. Atası tarixçi və şair Səid Paşa, anası bir əşirət liderinin qızı olan Ayşə xanımdır. Şair Faiq Əli Ozansoyun böyük qardaşı, İffət Həlim Oruzun dayısı, Munis Faiq Ozansoyun əmisidir. Atasının işi səbəbindən Harput və Maraşda olduqdan sonra Diyarbəkirdə ibtidai təhsilini almışdır. 1879-cu ildə Mardinə, atasının yanına getdi və sonrakı təhsilini özü davam etdirmişdir. Farscanı atasından, ərəbcəni Muş müftisi Emin Əfəndidən, fransızcanı da Aleksandr Qriqoryan adlı bir ermənidən öyrənmişdi. 1892-ci ildə atasını itirdikdən sonra, Diyarbəkir Valiliyində Məclis-i Vilayət katibi vəzifəsində işləmişdi.
Süleyman Nəcəfov
Süleyman Nəcəfov (aktyor) — Azərbaycan aktyoru. Süleyman Nəcəfov (rəssam) — Azərbaycan rəssamı.
Süleyman Osmanoğlu
Süleyman Osmanoğlu — jurnalist, "Tərəqqi" medalı (2005) Süleyman Osmanoğlu 1952-ci il 10 iyul tarixində Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Orta məktəbdə oxuduğu dönəmlərdə "Azərbaycan gəncləri" və "Bakı" qəzetlərində yazıları dərc olunmuşdur.
Süleyman Qarayev
Süleyman Qasımov
Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023)., Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri. Qasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur. 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir. 2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.
Süleyman Rüstəm
Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), "Stalin" mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Советский писатель" (sovetskiy pisatel)" redaksiya heyətlərinə üzv seçilmişdir. Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur.
Süleyman Rüstəmzadə

Süleyman Rəhimov
Süleyman Hüseyn oğlu Rəhimov (9 (22) mart 1900, Əyin, Zəngəzur qəzası – 11 oktyabr 1983, Bakı) — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975). Süleyman Rəhimov 1900-cü ilin 22 martında Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olmuşdur. Mənşəcə kürddür. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir. 1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. 1931-ci ildə təhsilini bitirmişdir. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur.
Süleyman Rəşidi
Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. Süleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək ücün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır. Süleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb. Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib.
Təxti Süleyman
Təxti Süleyman (fars: تخت سلیمان,) Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Midiya-Atropatena dövrünə aid Qazaka şəhəri ərazisində arxeoloji abidədir. Urmiya və Həmədan (qədim Ekbatan) arasında, müasir Təkab şəhərinin yaxınlığında yerləşir. 2003-cü ilin iyul ayından qədim şəhər yerini əhatə edən qala və qala daxilindəki abidələr (Azərgüşnasp məbədi də daxil olmaqla) UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Bu abidəyə semitik ad, Azərbaycanın ərəblər tərəfindən işğalından sonra verilib. Təxti Süleyman ərazisində yerləşən "Böyük Alov" və ya "Hökmdar alovu"nun qorunduğu Azərgüşnasp məbədi Sasanilərin hakimiyyəti dövründə şahların taxta çıxmazdan əvvəl ziyarət etdikləri əsas müqəddəs məbəd olub. Azərgüşnasp məbədindəki alov, eyni zamanda "ādur Wishnāsp" adlandırılmış və döyüşçü təbəqəsinə məxsus hesab edilmişdir. Əfsanəyə görə, Kral Süleymanın köməyə ehtiyacı olduğu zaman bu ərazidə yüz metr dərinliyi olan kraterdə saxlanan bədheybətlərdən istifadə etmişdir, krater isə "Zindani Süleyman" adlandırılmışdır. Digər bir krater isə qalanın içində yerləşir və onun içi bulaq suyu ilə doludur. Deyilənə görə, Süleyman orada süni göl yaratmışdır və həmin göl də günümüzə çatmışdır. Abidə ərazisində aparılan arxeoloji tədqiqatlar yaşayış mərkəzi kimi bu ərazinin e.ə.
Əmir Süleyman
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi. Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi.
Süleyman Bustani
Süleyman Bustani (ərəb. سليمان البـسـتاني‎ / ALA-LC: Sulaymān al-Bustānī, türk. Süleyman el-Büstani; 22 may 1856[…] – 1 iyun 1925[…], Nyu-York, Nyu-York ştatı) — Osmanlı ərəblərindən olan ədəbiyyatçı, jurnalist, siyasi xadim. Süleyman Bustani 22 may 1856-cı ildə indiki Livanda anadan olmuşdur. O, Butrus Bustaninin nəvəsidir. Bustani Beyrutda Milli məktəbin məzunu olmuşdur. O, 1904-cü ildə Homerin "İliada"sını ərəb dilinə tərcümə etmişdir. Müəllifin klassik ərəb poeziyasının "İliada" ilə müqayisəsi zamanı meydana gələn şərhləri və tədqiqatları da bu nəşrdə verilmişdir. Bustani "Dairət ül-maarif"in nəşrini tamamlamışdır. Brockelmann С. Geschichte der arabischen Literatur.
Süleyman Seba
Süleyman Rıza Seba (5 aprel 1926, Sakarya — 13 avqust 2014, İstanbul), Abxaz əsilli türk futbolçu, MİT üzvü , idman meneceri və Beşiktaş Gimnastika Klubunun 30-cu prezidenti . 1984–2000-ci illərdə fasiləsiz olaraq Beşiktaş Gimnastika Klubunun prezidenti olub. Hakkı Yetenlə birlikdə Beşiktaş Gimnastika Klubunun iki fəxri prezidentindən biridir. 1926-cı il aprelin 5-də Hendekdə doğulan Süleyman Seba ibtidai məktəbi Sakaryada bitirdikdən sonra orta məktəbi oxumaq üçün İstanbula gəlir. İki il Qalatasaray Liseyində oxuduqdan sonra Kabataş Oğlan Liseyinə keçdi. Məzun olduğu Kabataş Oğlan Liseyinin futbol komandasında oynamağa başlayıb. Orta məktəbdə oxuduğu ilk illərdə Beşiktaş Gənclər Komandasına qoşulub. Beşiktaşda oynadığı müddətdə Memar Sinan Universitetində Fransız Filologiyasına başlasa da təhsilini davam etdirmədi. Seba 1946-cı ildə Refik Osman Top dövründə A komandasına yüksəldi. İlk İstanbul Liqa matçını 1946–47 mövsümündə, mövsümün ilk matçı olan Fənərbaxça derbisi ilə keçirdi.
Süleyman (ad)
Süleyman — ad.
Süleyman Nemətov
Süleyman Əsgər oğlu Neymətov (1972, Nehrəm, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2022-ci ildən), polis general-mayoru (2023). Süleyman Əsgər oğlu Neymətov 1972-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. Süleyman Neymətov 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. O, 1993–1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994–2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektoru olmuşdur. 2005–2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013–2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016–2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020–2022-ci illərdə isə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 30 iyun 2002-ci ildə "İgidliyə görə", 1 iyul 2020-ci ildə isə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Süleyman Neymətov

Süleyman Eldarov
Süleyman Eldarov (azərb. Süleyman Ələsgər oğlu Eldarov‎; 10 yanvar 1922, Nuxa – 1995) — topçu; 38-ci ordunun 211-ci atıcı diviziyasının 829-cu artilleriya alayının silah komandiri, çavuş (istefada olan çavuş mayor), Şöhrət ordenini təltifçisi. == Bioqrafiyası == 1922-ci il yanvarın 10-da Azərbaycanın Şəki şəhərində kəndli ailəsində anadan olub. Milliyyətcə azərbaycanlı. Tam orta təhsillidir. 1994-cü ildə vəfat etmişdir. === Qırmızı Orduda xidməti === 1942-ci ilin yanvarından Qırmızı Orduda və Böyük Vətən Müharibəsi cəbhələrində iştirak etmişdir. 1944-cü ildən Sov.İK(b)/BKP üzvü. 18 aprel 1944-cü ildə Çernelitsa kəndi yaxınlığında 829-cu artilleriya alayının (211-ci piyada diviziyası, 38-ci ordu, 1-ci Ukrayna Cəbhəsi) silahlarını dolduran kapral Süleyman Eldarov üç silahlı dəstənin tərkibində düşməni dəf etdi. əks-hücumlar, nasist pulemyotçularının dəstələrini məhv etdi.
Eldar Süleymanov
Eldəniz Süleymanov
Süleymanov Eldəniz Nizami oğlu (29 avqust 1975, Naxçıvan) — Azərbaycan futbolçusu. == Həyatı == Eldəniz Süleymanov 29 avqust 1975-ci ildə Naxçıvanda anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Azəri Bakı, Arsenal Tula, Stroitel Ufa, Jemçujina Soçi, Kəpəz Gəncə, Araz Naxçıvan, AMMK Bakı. 2005-ci ilin əvvəlindən Qəbələdə çıxış edir. 1993-cü ildə Azərbaycan milli futbol komandasının heyətinə cəlb edilib.
Elin Süleymanov
Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Los-Ancelesdəki sabiq Baş Konsulluğunun 1-ci Baş Konsulu. == Həyatı == Elin Süleymanov 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı məktəbdən təhsil alıb. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olsa da, daha sonra tələbə mübadiləsi vasitəsilə Moskva Dövlət Universitetinin siyasi coğrafiya fakültəsində təhsilinə davam edib və 1992-ci ildə buradan məzun olub. 1992-ci ildə "Edmund S. Muskie adına məzunlar üçün təqaüd proqramı"nın açılış ilində ilk azərbaycanlı olaraq, proqramdan təqaüd haqqı qazanmağa nail olub. Bununla da, Ohayoda Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib. Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb. O, burada təhsil alan ilk azərbaycanlı hesab edilir. Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995–1997-ci illər ərzində Praqada "Açıq Media Araşdırma İnstitutu"nda çalışmışdır. Elin Süleymanov həmçinin 1989-cu ildə bir neçə qrup yoldaşı və dostu ilə birlikdə Bakının "Atəşgah" intelektual oyun klubunun yaradılmasında iştirak edib.
Elmir Süleymanlı
Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı – 25 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), alim, dövlət xadimi və ictimai xadim == Həyatı == Elmira Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor elmi adını almışdır. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü olmuşdur. 2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. == Elmi nailiyyətləri == Alim kimi onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və müxtəlif texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentində, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.
Elxan Süleymanov
Elxan Süleymanov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Elxan Süleymanov (həkim) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri və baş onkoloqu. Tibb elmləri namizədi.
Elxan Süleymanov (həkim)
Elxan Süleymanov (15 iyul 1974, Həzrə, Qusar rayonu) — Rusiya Federasiyası Çeçenistan Respublikasının səhiyyə naziri və baş onkoloqu. Tibb elmləri namizədi. == Həyatı == Elxan Süleymanov Abdulla oğlu 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir. Təhsilini. Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Çeçnistana gəlmiş və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləmişdir. 28 aprel 2016-cı ildə Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib.
Elxan Süleymanov (millət vəkili)
Elxan Sirac oğlu Süleymanov (1940, Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. == Həyatı == Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir. E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
Elxan Süleymanov (siyasətçi)

Erməni Süleyman Paşa
Erməni Süleyman Paşa (1607, Malatya – 28 fevral 1687, Konstantinopol) — IV Mehmed dövründə 6 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimi. == Həyatı == Əslən erməni olub, Malatyada dünyaya gəlmişdir. Qohumu olan qapı ağası İsmayıl ağanın vasitəsilə İbrahim Paşa sarayına alınmış, ardından Əndəruna alınaraq burada saray tərbiyəsi almışdır. 1640-cı ildə Musa Paşanın yerinə silahdarlığa gətirildi, ardından vəzirlik rütbəsi ilə birlikdə divana daxil oldu. 17 iyul 1644 tarixində Mərəş bəylərbəyi, ardından Ərzurum hakimi təyin olundu. Bu vəzifədə ikən Səfəvilərin tərtibi ilə Ərzurumda çıxan qarışıqlıqları həll etdi. Yatırılan üsyanın rəhbəri öldürüldü və kəlləsi 24 may 1646 günü İstanbula gətirildi. Ardından Saqqız adasının müdafiəsi ilə vəzifələndirildi. İstanbula döndükdən sonra yenidən qübbə vəzirliyinə gətirildi və I Əhmədin qızı Ayşə Sultanla evləndirildi. Qara Murad Paşa 10 aylıq sədarətinin ardından yeniçəri ağası Hüseyn ağanın tövsiyəsilə vəzifədən alındı və yerinə Süleyman Paşa gətirildi (19 avqust 1655).
Fikrət Süleymanoğlu
Əhmədov Fikrət Süleyman oğlu – filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, naşir, tərcüməçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi. == Həyatı == Fikrət Süleymanoğlu 1955-ci il dekabrın 11-də Gürcüstan Respublikası Bolnisi rayonunu Saraçlı kəndində anadan olmuşdur. Orta təhsilini Saraçlı orta məktəbində almışdır (1962-1972). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini (1972–1977), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasını (1981-1984) və Bakı Ali Partiya Məktəbini (1986-1988) bitirmişdir. Jurnalistlər Birliyinin üzvüdür. "Yazıçı" nəşriyyatında korrektor və redaktor (1978–1981), Azərbaycan Dövlət Mətbuat Komitəsində şöbə müdiri və idarə rəisinin müavini (1981–1986), AMEA-nın "ELM" nəşriyyatında baş redaktor və direktor (1988–1997), AMEA "ELM" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor müavini və "Pedaqogika" nəşriyyatındda baş redaktor (1997-2011) vəzifələrində çalışmışdır. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsində işləyir. "Səhənd (mühiti, həyatı və yaradıcılığı)" və "Borçalı Saraçlısı" monoqrafiyalarının, bir neçə elmi kitabın, 50-dən artıq elmi, 200-ə yaxın elmi-publisistik məqalənin müəllifidir. Tədqiqat işlərinin nəticələri Azərbaycan, Türkiyə və İranın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Qazax xalq nağıllarını, Şimali Amerika xalqlarının nağıllarını, Litva yazıçısı A.Zurbanın "İnteqral" romanını, bir sıra bədii və elmi əsərləri azərbaycan dilinə tərcümə etmişdir.
Fizuli Süleymanov
Fərhad Süleymanov
== Siyahı ==
Fərman Süleymanov
== Siyahı ==
Gərmiyanoğlu Süleyman bəy
Gərmiyanoğlu Süleyman bəy və ya Süleyman şah Çələbi (ö. 1398) — Gərmiyanoğulları bəyliyinin bəyi. == Həyatı == == Mənbə == Şeyhoğlu Mustafa, Hurşidnâme Aziz B. Erdeşir-i Esterâbâdi, Bezm ü Rezm Ahmed b. Sinanüddin Yusuf el-Karamani, Ahbaru'd-Düvel ve Asaru'l-Üvel Sahîh Ahmed Dede, Mevlevîlerin Tarihi, İnsan Yay. İst.
II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd, Xorasan), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. == Həyatı == Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
II Süleyman Səfəvi

II Süleyman Şah
II Süleyman şah yaxud Rükunəddin Süleyman şah (ərəb. ركن الدين سليمان شاه‎ (Rukn əd-Din Süleyman şah)) (XII əsr – 1204)Rum Səlcuq sultanıdır (1196–1204). Atası II Qılınc Arslanın ölümündən sonra parçalanan Rum Səlcuq Türk birliyini yenidən qurmuş və ölkədə sabitliyi geri qaytara bilmişdi. II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldüyü zaman Süleyman şah, Tokat məliki olarak təyin edildi. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqiub idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər. Məlikşah Konyaya tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi. Qardaşların hakimiyyət uğrunda mübarizələrindən qalib çıxan Süleyman şah 1196-cı ildə Rum Səlcuq sultanı oldu. Sultan Rüknəddin II Süleyman şah 1202-ci ildə Gürcüstan səfərinə çıxmaq üçün özündən asılı olan bəylərə xəbər göndərərək ona qoşulmalarını tələb etdi.
II Süleyman şah Səfəvi

II Süleymanşah

II Şah Süleyman

I Süleyman (Səfəvi)
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur. == Həyatı == Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur. Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.
I Süleyman (Səfəvi hökmdarı)

Значение слова в других словарях