SIXLIQ
SIXLIQ
OBASTAN VİKİ
Sıxlıq
Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir. Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur: ρ = m V , {\displaystyle \rho ={\frac {m}{V}},} Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir. Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir. ρ = M V m , {\displaystyle \rho ={\frac {M}{V_{m}}},} Burada "M" — qazın molyar kütləsi, V m {\displaystyle V_{m}} — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).
Optik sıxlıq
Optik sıxlıq — işığın uducu mühitdə, aşkarlanmış fotolövhələrdə, işıq süzgəclərində və s. optik sistemlərdə udulmasını xarakterizə edən optik parametr. Buraxma əmsalının ( τ {\displaystyle \tau } ) tərs qiymətinin onluq loqarifmi ilə təyin olunur: D = lg ⁡ ( 1 / τ {\displaystyle D=\lg(1/\tau } ), yaxud D = lg ⁡ F d a x F x a r {\displaystyle D=\lg {\frac {F_{dax}}{F_{xar}}}} . Burada Fdax və Fxar uyğun olaraq verilmiş dalğa uzunluğuna malik işığın obyektə daxil olma və ondan xaric olma intensivliyidir. D=4 olması o deməkdir ki, işıq 104=10 000 dəfə zəifləyib, yəni insana bu, mütləq qara obyekt kimi görsənir. Optik sıxlıq monoxromatik şüalanma zamanı additiv kəmiyyətdir, yəni ardıcıl qoyulmuş bir neçə obyektin optik sıxlığı bu obyektlərin optik sıxlıqının additiv cə-minə bərabərdir. Şüalanma qeyri-monoxromatik olduqda, udma qabiliyyətinə malik olan obyektlərin optik sıxlığı ayrı-ayrı obyektlərin optik sıxlığının cəmindən kiçikdir. Səpici olmayan bircins mühitlər monoxromatik şüalanmaya məruz qaldıqda (uducu layın üzlərindən qayıtma nəzərə alınmadıqda) onların optik sıxlıqğı D= κ {\displaystyle \kappa } cl kimi təyin olunur (c—konsentrasiya, l—uducu mühit layının qalınlığı, κ {\displaystyle \kappa } —maddə-nin vahid konsentrasiyasın müvafiq udma əmsalıdır). Uducu layın işıq düşən və çıxan üzlərindən qayıtma baş verdiyi nəzərə alındıqda D = κ {\displaystyle \kappa } cl— lg[(1— R1) (1— R2)] olur (R1 və R2 uducu mühit üzlərinin qaytarma əmsallarıdır). Mühit qismən səpici olduqda optik sıxlıq düşən işıq dəstəsinin forma və ölçülərindən asılı olur.
Aşağı sıxlıqlı lipoproteinlər
Aşağı sıxlıqlı lipoproteinlər (ing. Low Density Lipoprotein qısa olaraq LDL)- Tərkibində xolesterin olan aşağı sıxlıqlı lipoproteinlər LDL-xolesterin adlanır. Bu xolesterin ateromanın və ya qan damarının divarında kirəcin formalaşmasında əsas rol oynadığı üçün tez-tez pis xolesteroin adlandırılır. Ateroma müxtəlif ürək-damar xəstəliklərinin əsas səbəbidir. Adətən qanda xolesterinin təxminən 70%-i LDL xolesterin formasında olur, lakin faiz nisbəti insanlarda fərqli ola bilər. Ümumiyyətlə, LDL-xolesterinin (ASLP) səviyyəsi nə qədər yüksək olsa, sağlamlıq üçün daha çox risk təşkil edər. Lakin, orqanizminizdə xolesterinin səviyyəsinə bütün ürək-damar sisteminizin sağlamlığına olan riskin bir hissəsi kimi baxılmalıdır. Belə ki, yanaşı xəstəliklər (məs., şəkərli diabet, ürəyin işemik xəstəliyi, keçirilmiş infarkt və ya insult), habelə ürək-damar sisteminin mövcud vəziyyəti ilə yanaşı qanda HDL-xolesterinin səviyyəsindən asılı olaraq sağlamlığınızı qorumaq üçün fərdi LDL-xolesterin səviyyəsi fərqli ola bilər. Məsələn, şəkərli diabeti olan xəstələr üçün tövsiyə olunan LDL-xolesterinin səviyyəsi şəkrəli diabeti olmayan şəxslərlə müqayisədə daha aşağı götürülür.

Значение слова в других словарях